Moskva və Vaşinqtonun Qarabağda “nüfuz müharibəsi” qızışır
Tarix: 10-06-2022, 00:43
Baxılıb: 436
Google+ Paylaş
Tumblr Paylaş

Moskva və Vaşinqtonun Qarabağda “nüfuz müharibəsi” qızışır

10-06-2022, 00:43

ABŞ və Rusiya Qarabağ üzərindən bölgədə “nüfuz müharibəsi” aparır: Lavrovun Mirzoyanla görüşündən qısa müddət öncə ABŞ-ın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə gəlişi də bundan xəbər verir;

Rusiya Türkiyə ilə birlikdə bölgədə 44 günlük müharibədən sonrakı vəziyyəti qaytarmaq, Qərbin bölgəyə girişinə qapıları bağlamaq niyyətindədir: Lavrov Ankarada Çavuşoğlu ilə bunu müzakirə etdi və verilən bəyanatlar razılaşmanın olduğu ehtimalını önə çıxarır, eyni zamanda Ukrayna və Suriya məsələsində qarşılıqlı maraqlar da birgə fəaliyyət anlaşması ehtimalını gücləndirir;

Rusiya xarici işlər nazirinin Ankaradan İrəvana uçması da Ermənistanı Brüssel masasından kənarlaşdırmaq, rusların vasitəçilik etdiyi üçtərəfli razılaşmaların icrasına sövq etmək idi. ABŞ səfirinin Lavrov-Mirzoyan görüşündən öncə Ermənistan XİN-ə gəlişi deməyə əsas verir ki:

- Vaşinqton İrəvanı Brüssel razılaşmasına sadiqliyini yoxlamaq istəyir;
- Mümkündür ki, ABŞ Rusiyanın hansısa həmləsindən son anda xəbər tutub və səfir vasitəsilə İrəvana təcili şəkildə öz mesajını çatdırıb;

Proseslərin Bakının irəli sürdüyü sülh tələbləri çərçivəsində inkişaf etməsi Azərbaycanın maraqlarına uyğundur və rəqabətin yaranması praktiki addımların sürətlənməsinə də zəmin yaradır. Hərçənd, məsələnin digər tərəfi də var: “nüfuz müharibəsi” Ermənistanın manevr imkanlarını da genişləndirir və Qarabağ, ümumilikdə bölgə üzərindəki anlaşmaların icrası ilə bağlı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına gətirib çıxara bilər – bəyanatlar, danışıqlar, diplomatik təmaslar aktiv şəkildə davam etsə də, praktiki addımlara keçid səngiyir;

Təcrübə göstərir ki, dalan dirənmiş danışıqları irəlilətmək və praktiki mərhələyə keçidə zəmin yaratmağın yolu hərbdən keçir. Hadisələrin inkişafı buna ehtiyacı aktuallaşdıra bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ