loading...

Yayın üç qalmaqallı deputatı - Prezidentin “qara siyahısı”nda

Parlament tətilə çıxsa da, bəzi deputatlar üçün yay mövsümü olduqca aktiv keçdi

Politika.Az-ın məlumatına görə, son bir ayda bəzi deputatlar ən yüksək səviyyədə fəallıq nümayiş etdiriblər.

Onların sırasına daha biri - Hüseynbala Mirələmov da qoşulub. Deputatın qalmaqallı 1001 gecə” istirahət mərkəzində növbəti qalmaqal yaşanıb. Məlum olduğu kimi, Bakı sakini Vüqar Məmmədov ailə üzvləri ilə birlikdə çimərliyə gedib.

Çimərliyə giriş zamanı 4 nəfərin hər birindən 3 manat tələb olunub. Onlara xatırladıb ki, çimərliklərə giriş pulsuzdur. Deputatın restoranında işləyən adamları vətəndaşa güc tətbiq etdilər. Vətəndaş şikayət edəcəyini desə də ona deputat adı çəkiblər.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti hər yay mövsümündə sərəncam verərək bəyan edir ki, sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur və buna müvafiq strukturlar tərəfindən nəzarət olunur. Bununla yay mövsümündə növbəti deputatdır ki adı neqativ hadisələrdə hallanır.

Politika.Az xatırladır ki, buna qədər Rüfət Quliyev sələmçilik fəaliyyəti, Tahir Süleymanovun dəbdəbəli villası mətbuatın gündəmində olub.

Xalqın seçdiyi deputatlar xalqın problemləri barədə danışmaq istəmir. Amma günbəgün yaxşılaşan maliyyə vəziyyəti onları burjuy deputatlara çevirir.

Dövlət başçısı hər zaman məmurlara sadə həyat yaşamağı tövsiyə edib. Prezident qeyd edib ki, onların borcu xalqa xidmətdir və dəbdəbəli həyat tərzindən qaçmalıdırlar.

Ancaq ölkə əhalisinin getdikcə yoxsullaşdığı vaxtda deputatlar sürətlə varlanır: villaları artır, kimisi sələmə pul verir, kimisi un bazarında bahalaşma yaradır, xalqın çörək pulusu ilə milyonluq imarət tikdirir, kimisi də xalqın sərvəti olan dənizi onların üzünə bağlayıb pul qazanır. Bu da təbii ki, sadə xalq arasında gərginlik, aqressiya doğurur. Çünki onun millət vəkilləri xalqın yox, pulu yanındadırlar.


Politika.Az
Yayın üç qalmaqallı deputatı - Prezidentin “qara siyahısı”ndaБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər