Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…
Tarix: 6-02-2022, 00:11
Baxılıb: 2 392
Google+ Paylaş
Tumblr Paylaş

Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…

6-02-2022, 00:11

Gündəlik Bakı Səkinə Sadıqovanın hərəkətlərindən DİN-in 102 xidmətinə müraciət etdi.
 
Səkinə Sadıqova həbs oluna bilər.

Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində uzun-uzadı yazmaq fikrimiz yoxdur. 
Yəni Səkinə Sadıqovanın ruhi xəstə olması, ruhi dispanserdə bir neçə ay müalicə olunması, vaxtilə səhiyyə şöbəsində inspektor işləməsi barədə yazdıqlarımızı təkrarlamaq istəmirik. 
Səkinə Sadıqovanın fala baxması, məmurların “dilini-ağzını”  bağlaması, nə bilim kiməsə “qurd yağı sürtməsi” kimi rüsvayçı  məsələləri yada salmaq istəmirik. 
Onsuz da Səkinə Sadıqova barəsində Gündəlik-Bakıya hər gün yeni informasiyalar daxil olur. 
Sözün qısası, Səkinə Sadıqova  hansı yollasa, 2019-cu ildə Sumqayıt boyda şəhərin  səhiyyə şöbəsinə müdir təyin edilib. 
Və həmin gündən Sumqayıt səhiyyəsinin qara günləri başlayıb. Dövlətin səhiyyəyə  ayırdığı külli miqdarda vəsait  Səkinə Sadıqova və yaxınları tərəfindən mənimsənilib. 
Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırır və deyir kİ, dövlət xəstələrə dərman vermir. 
Səkinə Sadıqova təkcə dərman satdırmır, benzin, maşın yağı, avtomobil hissələri, təkər və s nə olsa satdırır, pulunu mənimsəyir. 
Yəqin ki, oxucular düşünə bilər ki, səhiyyənin müdiri hara, benzin, “zapçast”  alveri hara ? 
Bəli,  “Sumqayıt Təcili Tibbi Yardım” kimi böyük korrupsiya mərkəzi  Səkinə Sadıqova üçün milyonlar deməkdir. 
Bu boyda mərkəzin qarajının müdiri Kamran adlı şəxs gündə neçə dəfə Səkinə Sadiqovanın  kabinetinə girib çıxır. 
Bəli, qaraj müdiri Kamran işə düzəlmək istəyənlərdən 10 min manat alıb Səkinə Sadıqovaya verir. Qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb  Səkinə Sadıqovaya çatdırır və özü də qazanır. 
Təcili yardım  maşınları isə xəstələrə yardım dalınca gedəndə yollarda qalırlar. Səkinə Sadıqova deyir ki, qoy sürücülər özləri benzin, “zapçast”  alsınlar. 
Beləcə  xəstələr təcili yardım gözləməkdə, Səkinə Sadıqova isə pul qazanmaqda davam edir. 
Səkinə Sadıqova özünü elə biabırçı aparır  ki, tabeçiliyində olan baş həkimlər onun intriqasından, şantajından qorxurlar. Səkinə şəhər ərazisindəki istənilən xəstəxanada pulunu alıb yerdəyişmə edir, istədiyini çıxardır, istədiyini qoyur. Etiraz edənə isə deyir ki, İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşad dalımda durub.  
Deməli,  Səkinə Sadıqova  Sumqayıt şəhər şöbəsindəki bütün maxinasiyaları və  kadr  dəyişikliklərini Rəşadın əli ilə edir. 
Yeri gəlmişkən,  Səkinə Sadıqova ona tabe olmayan, yaxud işdən çıxara bilmədiyi  baş həkimlərin  xəstəxanasını şöbəyə çevirir. 
Görəsən, Səkinə Sadıqovanın bu əməllərindən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin xəbəri yoxdur ? 
Zaur Əliyev öz işçisi  Rəşadın əməllərinə niyə son qoymur?
Biz ötən sayımızda Səkinə Sadıqovanın tender  maxinasiyalarından geniş bəhs etdiyimiz üçün bu mövzudan  yan keçirik. Bəs görəsən Sumqayıt şəhər rəhbərliyi bu məsələlərə nə üçün biganə yanaşır.
Biz  dövlət hesabına hər ay dərman alan bəzi xəstələrin Səkinə Sadıqovanın ümidinə qalmasından da bəhs etmirik...
Biz  Səkinə Sadıqovanın  təqaüd  yaşı çatmış kadrların pulunu alıb  vaxtını uzatmasından da bəhs etmirik...
Biz Səkinə Sadıqovanın “karonavirus pasportu”  satmasını da yada salmaq istəmirik...
Biz  Səkinə Sadıqovanın “Qaloş”  ləqəbli hüquqşünası Oqtaydan, kadr üzrə  müavini  Sevincdən, bir sözlə, Sumqayıt səhiyyə şöbəsini zəbt etmiş dəstəsindən bəhs etmirik...
Biz Səkinə Sadıqovanın dövlətdən oğurladığı milyonlar hesabına “novostroyka”lardan  bahalı mənzillər almasından bəhs etmirik... 
Amma  bir məsələdən mütləq  bəhs etməsək olmaz. 
Səkinə Sadıqovanın nəzərinə çatdırmaq istəyirik ki, bəzi saytlardan bizim yazıları sildirməyini, kimlərinsə cibinə pul qoyub yanımıza göndərməyini, bizimlə bazarlıq etmək niyyətini sənin gözündə qoyacağıq. 
Bir də Səkinə Sadıqovaya xəbərdarlıq edirik ki, bizimlə dostlarımızın münasibətinə xələl gətirə bilməzsən, dilini qoy...sakit, yoxsa...
P.S. Yazı çapa gedərkən, redaksiyamıza zəng gəldi. Özünü Qarabağ qazisi, əlil kimi təqdim edən Elvin Qəhrəmanlı Səkinə Sadıqova ilə bağlı redaksiyamıza “ordu yeridəcəyini”, “əlilləri başına yığıb redaksiyaya basqın edəcəyini”, Səkinənin əlillərə 4 min manat yardım etdiyini bildirdi. 
Özünü qazi kimi təqdim edən Elvinin nəzərinə çatdırırq ki, Ordu ilə düşmən üstünə gedərlər, mətbuatın üzərinə yox. 
Elvinin “ultimatumuna”  baxmayaraq Gündəlik-Bakı Səkinədən də, digər rüşvətxor məmurlardan da yazmaqda davam edəcək. 
Ancaq  Elvinin  söhbətindən belə başa düşdük ki, Səkinə Sadıqova indi də özünə “killer” axatırır ki, media rəhbərlərinə “sui-qəsd”  təşkil etsin. Deyəsən, Səkinə Sadıqova bu yolla azad medianı susdurmaq istəyir. Hətta bu məqsədlə Qarabağ əlillərini də öz çirkin oyununa qatır. Hələ bilmək olmaz zəhg vuran dəstə üzvüləri Qarabağ qaziləridir, yoxsa onların adından danışanlardır. Görəsən, Elvin Qəhrəmanlını və onun yanında olan özlərini qazi adlandıranları Səkinə Sadıqova nə vaxtdan özünə vəkil edib. Ay Səkinə xanım, bundan sonra bizdə sənə dikinə baxacağıq, çünki dikinə baxmaq elə sizin kəndin üstündən İran tərəfə baxmaq kimidir. O ki qaldı Səkinə xanımın verdiyi 4000 manat müqabilində bizə xəsarət yetirəcək şəxslərə onu demək istəyirəm ki, siz arxadan özünüzə baxın (bildiniz də nə demək istəyirəm) sonra bizimlə qarşılaşaraq nə isə etmək fikrinə düşün. Elə bilirsiniz ki, ona-buna xox eləməklə kimisə yolundan döndərə bilərsiniz ay Elvin Qəhrəmanlılar. Ekvin Qəhrəmanlı hətta onu da bildirir ki, mən Prezidentlə də danışacam Səkinə xanımla bağlı.
Biz isə öz növbəmizdə bildiririk ki, Səkinə Sadıqova olmur və Səkinə Sadıqovanın zakazlarını yerinə yetirən Elvin Qəhrəmanlılar olmur, lap Səkinə xanımın ən yaxın dostu, sanki qibləsi kimi tanıdığı keçmiş Səhiyyə naziri Əli İnsanov olsun bizi haqq yolumuzdan Allahdan başqa heç kim döndərə bilməz. Səkinə Sadıqova bilmir ki, bu yaxın günlərdə yekunlaşacaq məhkəmənin nəticəsi onun dövlətdən oğurladığı pulların ortaya çıxması ilə nəticələnəcək. Yenə təkrar edirəm zəng vurdurduğun şəxslərə başa sal ki, biz hüquqi dövlətdə yaşayırıq. Bizi cəngəlliklər qaydaları ilə qorxutmaq olmaz.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ