Sabah bəzi yollar buz bağlayacaq
Tarix: 5-02-2022, 18:20
Baxılıb: 289
Google+ Paylaş
Tumblr Paylaş

Sabah bəzi yollar buz bağlayacaq

5-02-2022, 18:20

Fevralın 6-na avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, fevral ayının 6-da gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Göyçay-Ucar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 m-dək məhdudlaşacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ