“Proqress 2016” MTK-nın sahibi niyə həbs olunmur?
Tarix: 30-01-2022, 15:39
Baxılıb: 921
Google+ Paylaş
Tumblr Paylaş

“Proqress 2016” MTK-nın sahibi niyə həbs olunmur?

30-01-2022, 15:39

Minlərlə  narazı  kütlə küçələrə tökülsə, Səməndərova himayədarlıq edənlər onun qarşısını ala biləcək..?
Dövlət  vətəndaşa sahib çıxmasa….
Müdriklər  deyib ki, hər cürə müqayisə qüsurludur.
Amma  bu dünyada müqayisəsiz də keçinmək olmur. Çünki hər  məsələyə qiymət verəndə nə iləsə müqayisə etməlisən.
Bu qısa  girişi nə üçün yazdıq..?
Deməli, son bir neçə ildir ki, cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, bəlkə də birincisi, özbaşınalıqların Avropada müzakirə olunmasıdır. Hətta bəzən deyirlər ki, Avropaya donos yazanları bəzi məmurlar maliyyələşdirir. Bu da ağılabatan  versiyalardan biridir.
Sözün qısası, bizə elə gəlir ki, cəmiyyətimiz üçün o donosçular nə qədər ziyanlıdırsa, ondan daha təhlükəlisi, daha yaramazı  Emil Səməndərov kimiləridir.
Söhbət  “Proqress 2016”  MTK-nın sahibi Emil Səməndərovdan gedir.
Niyə, Emil Səməndərov kimilər cəmiyyətimiz və dövlətimiz üçün daha təhlükəlidir ?
Çünki  Emil Səməndərov  ölkədə oturub milyonlarını qazanır, vergidən yayınır və üstəlik…
Minlərlə, on minlərlə  vətəndaşı dövlətdən, hakimiyyətdən narazı salır. Bu narazı  insanlar bir gün  sel kimi aşıb-daşa bilər…
Bəli, Emil Səməndərov ev almaq, ailə qurmaq, oğul evləndirmək istəyən minlərlə insanın pulunu mənimsəyərək, onları küçələrdə, kirayələrdə zəlil  edib…
Əli hər yerdən üzülən, hüququ tapdalanan, üstəlik  heç bir dövlət qurumu tərəfindən qəbul edilməyən bu insanlar nə etməlidir?
Təsəvvür edirsiniz  vətəndaş ev almaq üçün borc-xərc haradansa pul tapır və hələ tikilməyən binada mənzil almaq üçün  Emil Səməndərova verir. Belə vətəndaşların sayı 10 deyil, 100 deyil, minlərlədir.
Emin Səməndərov isə  hələ bünövrəsi qazılmayan, guya kağız üzərində 2 ilə hazır olacaq binanın milyonlarla pulunu  alıb cibinə qoyur.
Bütün bunlar azmış kimi  Emil Səməndərov olmayan binanın  bir mənzilini  bir neçə nəfərə satır.
Və vətəndaş  mənzilinə  baxmaq istəyəndə bəlli olur ki, həmin mənzil daha bir neçə nəfərə satılıb.
Belə yerdə deyiblər ki, pah atonnan, vur…
Guya  bütün bu baş verənlərdən  hüquq-mühafizə orqanlarının  xəbəri yoxdur ?
Görəsən  Vergilər Dövlət Xidməti niyə soruşmur ki, ay Emil Səməndərov, sən kimsən ki, vətəndaşlardan  NAĞD şəkildə pul alırsan, özü də milyonları…
Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycanda mənzil tikintisi adı altında mütəşəkkil cinayətkar şəbəkə fəaliyyət göstərir. Bu neçə ildir beləcə davam edir.
Axı, Emil Səməndərov kimilər birdən birə böyük cinayətkar olmayıblar…
Bəli, Emil Səməndərov MTK Məsələsinə qədər bəlkə 10 dəfə  dələduzluğa, sui-istifadə hallarına görə, saxlanılıb, hətta qısa müddət həbs olunub. Amma sonda azadlığa çıxıb, yenidən öz əməllərini davam etdirib.
Bəli, əlimizdə faktlar var ki, Emil Səməndərov  dəfələrlə  7-8 rayon məhkəməsində mühakimə olunub, amma sonda sərbəst buraxılıb. Niyə ?
Çünki pulunu-rüşvətini verib. Bu qədər sadə və bəsit.
Bütün bunları görən, Emil Səməndərov  fikirləşib ki, az atmaqdansa, böyük məbləğdə atım, 5 nəfəri aldatmaqdansa, 1000 nəfəri aldadım, onsuz da sonda rüşvəti verib  canımı qurtaracam.
Bütün bunlar azmış kimi  Emil Səməndərov  Qarabağda döyüşüb şəhid olan vətəndaşın mənzilini də  başqasına satıb. Bu gün  şəhidin ailəsi  nə mənzilə köçə bilir, nə də pulunu geri ala bilmir.
Əlbəttə, bizim  davamız  Emil Səməndərov kimilərlə deyil.
Söhbət minlərlə vətəndaşın dövlətə olan inamından gedir.
Bir daha dövlət qurumlarına müraciət edirik. Biz vətəndaşlarımızı tam şəkildə müdafiə etməliyik.
Bizi də narahat edən yalnız və yalnız vətəndaşlarımızın aldadılmasıdır.
Emil Səməndərov kimilər bizim müzakirə predmetimiz deyil.(gündəlik-baku.com)
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ