loading...

Əziz Əzizov icra başçısıdır, yoxsa sahibkar?

Cəlilabad RİH-nin başçısı Əziz Əzizov rayonda fironluq edir. Bu barədə dosye.org-a açıqlama verən rayon sakinləri daha sonra iddia edirlər ki, icra başçısı rayon sakinlərinin üzüm bağlarını zor gücü ilə zəbt edir. Hətda rayon sakinlərini polis gücü ilə sıxışdıraraq ərzidən uzaqlaşdırır. Ölkə başçısının sahibkarlara dəstəyi və onlara maddi yardımı bütün cəlilabadlıları sevindirir. Lakin Əziz Əzizov prezidentin qərarlarına qarşı çıxaraq rayon sakinlərinə zülm edir. Hətda məlumatlarda o da vurğulanır ki, icra başçısı Cəlilabad Rayon Məhkəməsinin sədri Əjdər Ələkbərovun “dəstəyindən” məharətlə istifadə edir. Bütün qanunsuzluqlara etiraz edən rayon sakinləri minbir yollarla hədələnərək təziyiq altında saxlanılır. Etiraf edək ki, Cəlilabad rayonunda vəziyyət heç də ürəkaçan deyil. Ən azından rayon sakinlərinin icra başçısına qarşı olduğu buna işarədir. Mənbəmizin verdiyi son məlumatlarına görə, icra başçısı Əziz Əzizovun daha bir biabırçılığı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır.

Bu barədə ötən yazılarımızda qısada olsa məlumat vermişdik. Bir daha nəzərinizə çatdıraq ki, Ə. Əzizov prezidentin etimadından sui istifadə edərək şəxsi maraqlarını artırır. Qanunda nəzərdə tutulur ki, məmurların sahibkarlıqla məşğuliyyəti qəti olaraq qadağandır.Görünür, Əziz Əzizov nə ölkə başçısına nə də dövlətin qanunlarına məhəl qoymur. Bir sözlə icra başçısı Cəlilabad rayon sakinlərini prezident İlham Əliyevə qarşı qoyub. Əlbətdə ki, bütün bunlar onu deməyə əsas verir ki, “sapı özümüzdəın olan baltalar” öz çirkin niyyətlərindən geri çəkilmək fikrində deyillər. Əslində dövlət başçısı İlham Əliyev kimin kim olduğunu dünya görüşü ilə müəyyən edir. Elə bu səbəbdən kimliyindən aslı olmayaraq məmur qanunları kobud şəkildə pozursa sərt şəkildə cəzalandırılır. Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, niyə məhz Əziz Əzizov kimi icra başçısları bu təpkilərdən ibrət götürmür? Cəlilabadlıların pay torpaqlarına sahib çıxmaq, onları həbslə hədələmək Əziz Əzizova nə qədər baş ucalığı gətirir?

Dosye.org olaraq bir daha əminliklə deyə bilərik ki, prezident İlham Əliyev hər zaman ölkə vətəndaşların səsinə səs verib, onların sosial və digər problemlərinin həlli istiqamətində göstərişlərini verib. Və inanırıq ki, Cəlilabad RİH-nin başçısı Əziz Əzizov ölkə başçısının tapşırıqlarını bir daha nəzərdən keçirəcək.

Araşdırmalarımız davam edir.

Əziz Əzizov icra başçısıdır, yoxsa sahibkar?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər