Ermənistan parlamentində yenidən dava düşdü - VİDEO
Tarix: 17-01-2022, 15:17
Baxılıb: 346
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan parlamentində yenidən dava düşdü - VİDEO

17-01-2022, 15:17

Ermənistan parlamentində yenidən qarşıdurma baş verib.

Publika.az xəbər verir ki, qarşıdurmaya səbəb vitse-spiker Ruben Rubinyanın “türk agenti” adlandırılmasıdır.

R.Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması prosesində xüsusi nümayəndəsi olaraq yanvarın 14-də Moskvada Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb.

Parlamentdə görüşlə bağlı məlumat verən Rubinyan müxalifət nümayəndələri tərəfindən “agent” olaraq ittiham edilib. Əvvəlcə kürsüdən atışma ilə başlayan qarşıdurma daha sonra bir-birinin üzərinə yeriməklə müşahidə olunub. Əlbəyaxa davanın qarşısı son anda alınıb.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ