loading...

ŞƏHİD MAYOR RASİM MƏMMƏDOV torpağa tapşırıldı... - NAXÇIVAN ÖZƏL

ŞƏHİD MAYOR RASİM MƏMMƏDOV torpağa tapşırıldı... - NAXÇIVAN ÖZƏL





Cəhrinin, Naxçıvanın və bütöv Azərbaycanımızın fəxri mayor Rasim Məmmədovun nəşi bu gün doğulub boya başa çatdığı, Cəhridə müqəddəs bayrağımızın ahəngi altında torpağa tapşırıldı. Nazilə ana öz şəhid balasının görüşünə qürurla gəldi. Vaxtı ilə Sədərək uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirmiş atası Əbdül Məmmədovun balasından ayrılması nə qədər əzablı olsada, O Rasimi müqqədəs torpağımıza fəxarətlə tapşırdı. İndi ruhu göylərdə olan Rasim Məmmədov vətən uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmağı sanki özü seçmişdi və əhdinə sadiq qaldı. Oğlu Asim üçün atasızlıq nə qədər çətin olsada tay tuşları, dostları arasında həmişə başı uca olacaq. Onun atası qanının rəngini bu torpağa yazdı - Vətən naminə, Azərbaycan naminə!

ŞƏHİD MAYOR RASİM MƏMMƏDOV torpağa tapşırıldı...
Bahar yenicə qədəm qoyub yurdumuza məkirli düşməni susdurmaq üçün şəhidlər veririk, oğularımız qurban gedir. Onların şəhidlik zirvəsinə ucalmağı yazın gəlişini sanki rənga rəng edib.Bu rənga rəngliyin ağuşunda Azərbaycan oğulları Rasim, Nürəddin, Dilsuz, Bəkir, Sərvan, Samir, Urfan, Təbriz, İsmayıl, Orxan, Ravil, Rizvan, Elmdar bizlərə ruh verir işğal altında olan torpaqları azad etməyə səsləyir.
ŞƏHİD MAYOR RASİM MƏMMƏDOV torpağa tapşırıldı...Rasim Məmmədovun doğma kəndində dəfn mərasimindən foto
Rahat yatın əzizlərimiz bu vətənin bayrağı sizin kimi oğulların sayəsində həmişə uca və yenilməz olacaq.

Ey, Vətən rənginə boyanan çiçək,
Gör, nələr gətirdi başına fələk.
Ey, bütün güllərdən qiymətli, baha.
Səni and verirəm Şəhid ruhuna
Ağlama qərənfil, ağlama daha.

Fəryadın yetişdi günəşə, aya,
Dərdlərin gəlmədi hesaba, saya.
Axan gözyaşların döndü dəryaya.
Son qoy bu naləyə, son qoy bu aha,
Ağlama qərənfil, ağlama daha.

Ağlama, onsuz da ürəyim qandır,
Dünya gözlərimdə qara dumandır
İntiqam hissiylə, çevir, amandır
Düşmənin qəlbini bir nişangaha,
Ağlama qərənfil, ağlama daha.

Ağlama goy sənin haqlı qəzəbin,
Son nidası olsun geyzin, əsəbin.
Sənin ki, böyükdür kökün, əslin,
Bağla ümidini böyük Allaha
Ağlama qərənfil, ağlama daha.

Ağlama qərənfil, düşməni ağlad
Ölməz şəhidlərin ruhunu yaşat.
Bir gün güldürəcək bizi də həyat
Xalqımız çıxacaq nurlu səhərə,
Ağlama qərənfil, ağlama daha


ALLAH RƏHMƏT ELƏSİN.

MİRKƏNAN SEYİDOV
ŞƏHİD MAYOR RASİM MƏMMƏDOV torpağa tapşırıldı... - NAXÇIVAN ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər