Bayden Putinin qarşısından geri çəkilir? - ABŞ nəşri AÇIQLADI
Tarix: 6-01-2022, 10:36
Baxılıb: 300
Google+ Paylaş
Tumblr Paylaş

Bayden Putinin qarşısından geri çəkilir? - ABŞ nəşri AÇIQLADI

6-01-2022, 10:36

ABŞ Konqresinin Senatı gələn həftə respublikaçı Ted Kruzun “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyalarla bağlı təklif etdiyi qanun layihəsini təsdiqləməyəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, qaz kəmərinə qarşı yeni məhdudlaşdırıcı tədbirləri fəal şəkildə dəstəkləyən demokratlar mövqelərini dəyişiblər. 
Məqalədə qeyd edilir ki, onlar Rusiya ilə Ukrayna arasında mümkün münaqişə kontekstində ABŞ Prezidenti Co Baydenin “Rusiya ilə qarşılıqlı əlaqəsinə” mane olmaq istəmirlər.
“Politico” yazır ki, qanun layihəsinin tələb olunan 60 səsi alması gözlənilmir, çünki “Rusiya ilə təhlükəli danışıqlarda” demokratlar onunla eynin mövqedə dayanmayacaqlar.
Xatırladaq ki, Vladimir Putin və Co Bayden arasında danışıqlar dekabrın 31-nə keçən gecə baş tutub. Telefon danışığı zamanı tərəflər Avropada təhlükəsizliklə bağlı danışıqların ardıcıllığı barədə razılığa gəliblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ