“Qızıl Aypara”nın Bərdə bölməsinin keçmiş sədri vəfat etdi- Məhkəməyə çıxarılacaqdı
Tarix: 3-01-2022, 18:02
Baxılıb: 281
Google+ Paylaş
Tumblr Paylaş

“Qızıl Aypara”nın Bərdə bölməsinin keçmiş sədri vəfat etdi- Məhkəməyə çıxarılacaqdı

3-01-2022, 18:02

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin keçmiş sədri vəfat edib. Onun barəsində cinayət işi açılmışdı və mənimsəmədə ittiham olunurdu.
Musavat.com xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlu mənimsəmədə, vəzifə saxtakarlığında ittiham olunurdu.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ilk məlumatı Baş Prokurorluq yaymışdı.
Məlumatda bildirilirdi ki, Xanlar İsmayılov barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi başlanıb.
Bildirilirdi ki, X.İsmayılovun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.
Amma X.İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başlayan zaman ona qarşı irəli sürülən ittihamların dəyişdiyi məlum olub. Belə ki, X.İsmayılovun Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunduğu məlum olub.

İstintaqla müəyyən edilib ki, X.İsmayılov müxtəlif vəzifələrdə işləyən şəxslərin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, onların işdən çıxarılmasını rəsmiləşdirməyib adlarına əmək haqqı köçürərək mənimsəyib.
X.İsmayılov 11 nəfər fərqli vəzifələrdə çalışan şəxsin adına maaş köçürərək 12 min manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talayıb, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törədib.
Məhkəmə prosesində məlum olub ki, Xanlar İsmayılov vəfat edib. Onun hüquqi varisi kimi oğlu tanınıb. Oğlu bildirib ki, atası 2021-ci ilin noyabr ayında vəfat edib. Onun ölümünə səbəb “kəskin respirator çatışmazlığı” olub.
Mərhumun oğlu cinayət işinə xitam verilməsini istəyib zərərçəkmiş tərəf və prokuror buna etiraz etməyib.
Məhkəmə belə qənaətə gəlib ki, M.İsmayılovun nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilib. Amma təqsirləndirilən şəxs vəfat etdiyi üçün cinayət işinə xitam verilməlidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ