loading...

Banklar ipoteka şərtlərini daha da çətinləşdirib

Banklar ipoteka şərtlərini daha da çətinləşdiribBu hal daşınmaz əmlak bazarındakı durğunluğu daha da gücləndirəcək.

Banklar ipoteka şərtlərini çətinləşdirib. Ans-nin məlumatına görə, bəzi banklar ipoteka şərtləri üçün yaşayış minimumunu hətta 200 manata qədər artırıb. Banklar artımı ilkin ödənişdə də edib. Belə ki, bəzi banklarda qiymət 40%-ə yaxındır.

İqtisadçı Qalib Toğrulun sözlərinə görə, banklar hazırda verdikləri kreditləri yığa bilmədikləri, eyni zamanda əmanətçilər əmanətlərini banklardan kütləvi şəkildə çəkdiyi üçün onlar linkvidit problemi yaşayır.

“Banklar bu sahədə yaşadıqları problemi ipoteka kreditləri sayəsində kompensasiya etməyə çalışırlar”, - deyə Qalib Toğrul əlavə edib.

Bu dəyişiklik ipoteka krediti ilə ev almaq istəyən insanların ümidlərini puça çıxara bilər. Bankların bu qərarına görə, 50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir.

Eyni zamanda bəzi banklarda yaşayış minimumunun 200 manat qəbul edilməsi o deməkdir ki, 4 nəfərlik üzvü olan ailə ipoteka krediti almaq üçün ən azı 1300 manat əmək haqqı olmalıdır.

İqtisadçıların fikrincə, bankların atdığı bu addımın qarşısı alınmazsa, bu hal daşınmaz əmlak bazarındakı durğunluğun daha da güclənməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

İpoteka bazarını canlandırmaq üçün ipoteka fondunun maliyyə mənbələrini artırmaq lazımdır. Hazırda ipoteka fondu buraxdığı istiqrazlar və dövlət tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilir.

Prezidentin ötən ilki tapşırığına əsasən ipoteka kreditinin məbləği iki dəfə artırılaraq 100 min manata çatdırılacağı, faiz dərəcələrinin isə iki faiz azaldılacağı gözlənilirdi.

Bununla bağlı müvafiq sənədlərin hökumətə təqdim olunmasına dair maliyyə naziri və mərkəzi bank dəfələrlə açıqlama verib. Amma həmin təkliflərin nə vaxt reallaşacağı hələki məlum deyil.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər