"Qardaşına arxayın olub vətəndaşları pulla işə qəbul edir" - NARAZILIQ!
Tarix: 21-12-2021, 16:16
Baxılıb: 576
Google+ Paylaş
Tumblr Paylaş

"Qardaşına arxayın olub vətəndaşları pulla işə qəbul edir" - NARAZILIQ!

21-12-2021, 16:16

Ucar rayonu Xələc kənd sakinləri Vətən müharibəsi qaziləri Məhərrəmov Əkbər Məhərrəməli oğlu və Cəfərov Həsən İsa oğlu tərəfindən müraciət daxil olub. Məktubda bildirilir ki, 19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır. DİA.AZ bildirir ki, bu barədə bizimyol.info məlumat yayıb.

“Məhərrəmov Əkbər Məhərrəməli oğlu müharibə zamanı sol qolundan güllə yarası alıb. Düşmən gülləsi Əkbərin sol qoluna dəlib keçmişdir. Nəticədə yaralanmış hospitalda müalicə almışdır. Sol əli ilə əşya qaldıra bilmir, ancaq əlillik dəcəsi təyin olunmur.

Biz əlillik və veteranlıq istəmirik. Biz iş istəyirik. Buna görə Məşğulluq Mərkəzinə dəfələrlə getsək də bizi qəbul etmək istəmirlər. Ucar rayonunda vətəndaşları işə pulla qəbul edirlər. Cəfərov Həsən İsa oğlunun himayəsində bir azyaşlı uşağı var. Müharibədən əvvəl Bakı şəhərində işləyib, ailəsini saxlayırdı. İndi isə işsiz qaldığı üçün ailə yoxsulluq həddində çatıb.

19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır. Bizim isə ona verməyə pulumuz yoxdur.

Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevdən xahiş edirik bizi işlə təmin edin və imkan verməyin ki, vətən müharibəsində qazi olmuş əsgərləriniz işsizliyə görə aclıqdan məhv olsunlar”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayevlə əlaqə saxladıq və o bildirdi ki, yazıda sözü gedən vətəndaşlarla dünən əlaqə saxlanılıb və filiala dəvət edilib.

“Bu gün onlar filialda olacaqlar. İstəkləri və mümkün köməklik imkanları barədə söhbət aparılacaq. Nəticəsini gözləyib, sizə cavab verməyi düşünürəm”.

Məktubu ünvanlayan Əkbər Məhərrəmovla əlaqə saxladıq və onların fiala çağırılması ilə bağlı məlumatın dəqiqliyini öyrənməyə çalışdıq. Bu zaman Əkbər Məhərrəmov açıqlama verərək bildirdi ki, məktubu kimin göndərdiyindən məlumatsızdır.Bundan sonra Cəfərov Həsən İsa oğlu ilə əlaqə saxlamağa çalışdıq, lakin dəftəyi götürən olmadı.

Qey edək ki, ünvanlanan məktubun içərisində həmin şəxslərin özlərinin, şəxsiyyət vəsiqələrinin və hərbi biletlərinin fotoları var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ