DTX rəisi Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 11-12-2021, 14:02
Baxılıb: 738
Google+ Paylaş
Tumblr Paylaş

DTX rəisi Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət edib

11-12-2021, 14:02

DTX rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti məhrum Prezident Heydər Əliyevin vəfatını 18-ci il dönümü ilə əlaqədar onun və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.
 
Ovqat.com xəbər verir ki, məlumatı DTX İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb. 
 
Məlumatda bildirilir:
 
“Müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür”.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ