Rafiq Əliyevlə bağlı şübhələnməyə heç bir əsas yoxdur
Tarix: 25-10-2021, 16:14
Baxılıb: 723
Google+ Paylaş
Tumblr Paylaş

Rafiq Əliyevlə bağlı şübhələnməyə heç bir əsas yoxdur

25-10-2021, 16:14

 Hörmətli Xeberfakt.az saytının çoxsaylı oxucuları! Yəqin ki, bir neçə gün bundan öncə adı çəkilən bu xəbər portalında “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi “iş başında” yaxalanır- RƏZALƏT” başlıqlı məqalə yayımladığımız haqda məlumata maliksiniz. Düzdür, qeyd olunan məqaləni redaksiyamıza daxil olan məlumatlar və adının çəkilməsini istəmədiyimiz şəxsin göndərdiyi video-çəkiliş əsasında yayımlamışdıq, həmçinin məqalənin sonunda mövzuya qayıdacağımızı da qeyd etmişdik. Elə ki, məqalənin yayımladıqdan sonra bu yöndə müəyyən araşdırmalar apardıq, o halda bəzi həqiqətləri üzə çıxara bildik. Yəni, apardığımız araşdırmalar zamanı bəlli olan o oldu ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kəlbəcər, Göygöl və Samux rayonları üzrə nümayəndəsi Rafiq Əliyev adlı şəxsi ittiham etməyə heç bir əsas yoxdur. Çünki, yayımladığımız məqalədə bu şəxsin qaçqınlar üçün inşa olunmuş binadakı mənzillərin birində tabeçiliyində çalışan xanımla “sevgi macəraları” yaşamasından, polis əməkdaşları tərəfindən “iş başında” yaxalanmasından bəhs edib, onu müəyyən mənada ittiham etmişdik. Sonrakı araşdırmalarımız isə fərqli məlumatların ortaya çıxması ilə nəticələndi və bəlli oldu ki, 21 oktyabr 2021-ci il tarixdə, təqribən axşam saatlarında yaşayış binasının blokundan bayıra çıxan qadın, məhz Rafiq Əliyevin qanuni həyat yoldaşıdır. Yəni, həmin qadın ixtisasca ingilis-dili müəlliməsidir, olduqca mədəni bir ziyalıdır. Bütün bunlardan sonra, yayımladığımız məqalədə anlaşılmazlıq səbəbindən yalnışlığa yol verdiyimiz sübuta yetirildi. Ona görə də məsələ ilə bağlı müəyyən açıqlama yayımlayıb, hər kəsin bu yöndə xəbərdar olmasını qərara aldıq. Düşünürük ki, belə bir açıqlamanın yayımlanmasından sonra hər kəs, ələlxüsus Xeberfakt.az saytının çoxsaylı oxucuları qeyd etdiklərimizə olduqca diqqət yetirib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kəlbəcər, Göygöl və Samux rayonları üzrə nümayəndəsi Rafiq Əliyevlə bağlı şübhələri tamamilə aradan qaldıracaqlar.



Xeberfakt.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ