Füzulidə avtomobillə vurduğu piyadanın boğazını kəsən sürücü saxlanılıb
Tarix: 13-10-2021, 10:41
Baxılıb: 628
Google+ Paylaş
Tumblr Paylaş

Füzulidə avtomobillə vurduğu piyadanın boğazını kəsən sürücü saxlanılıb

13-10-2021, 10:41

Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayon sakini 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Füzuli Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ