loading...

Hakimiyyət Fazil Məmmədovla vidalaşır…

Hakimiyyət Fazil Məmmədovla vidalaşır…Sonuncu devalivasiyadan sonra durumu toparlayan hökumət maksimum dərəcədə sahibkarlığın inkişafı üçün addımlar atmağa başlayıb. Elə dövlət başçısı özünün çıxışlarında bəyan edib ki, bundan sonrakı mərhələdə sahibkarların incidilməsiylə bağlı məlumat alarsa, həmin məmurları cəzalandıracaq.
Bu barədə politika.az saytı yazıb. Sayt xəbər verir ki, şirkət və firmaların qeydiyyatdan keçməsinin, lisenziyaların alınmasının sadələşdirilməsi və digər addımların atılması böyük uğurlar sırasındadır. Bundan başqa, dövlət rəhbərinin iştirakıyla sahibkarlarla keçirilən görüşlər, onlan problemlərinin dinlənilməsi də iş adamlarına qoyulan hörmətin təzahürlərindəndir. Lakin Prezidentin tapşırıqlarına məhəl qoymayanlar da az deyil. Bəziləri isə əndazələrini aşıblar.
Bildirək ki, son dövrlər Azərbaycanda mətbuata şikayətçi düşən sahibkarların sayı xeyli artıb. Əgər əvvəllər belə şikayətlər Dövlət Gömrük Komitəsindən edilirdisə, hazırda proses Vergilər Nazirliyinə sıçrayıb. Qeyd edək ki, Fazil Məmmədovun rəhbəri olduğu nazirliyin işçiləri yeri gəldi, gəlmədi sahibkarları yoxlamaqla yanaşı, həm də onlardan haqq istəyirlər. Sahibkarlar vurğulayırlar ki, bu tələbetmələr o qədər intensivləşib ki, onlar nə edəcəklərini bilmirlər.
Məlumata görə, vergilər naziri Fazil Məmmədovun adının son dövrlər mətbuata düşməsinin səbəbləri sırasında əsas ağırlıq məhz sahibkarların şikayətlərindəndir. Üstəlik, bəzi ekspertlər bəyan edirlər ki, Fazil Məmmədovun artıq vaxtı çatıb və yaxın günlərdə onunla bağlı sərəncam veriləcək. Müşahidəçilər məsələni belə qoyurlar ki, Azərbaycan hakimiyyəti sahibkarlarla bağlı məsələdə kifayət qədər həssasdır və bu mövzuda problem yaradan məmurlar dərhal işdən çıxarılmalıdır. Eyni zamanda, onlar belə arqumentləşdirirlər ki, vergilər naziri işinin öhdəsindən gələ bilmir və bu səbəbdən də ciddi yanlışlıqlara yol verir.
Bəzi müşahidəçilər isə vurğulayırlar ki, MTN kimi nəhəng bir qurumu sahibkarlara görə ləğv edən dövlət başçısı Vergilər Nazirliyinin «gözünün yaşına» belə baxmaz. Ona görə də, əksəriyyət düşünür ki, Fazil Məmmədov işdən çıxarılıb, başqa bir sahəyə yönəldiləcək. Mümkündür ki, onu səfir göndərsinlər və ya heç bir addım atmasınlar. Yəni, pensiyaya çıxarmaqla kifayətlənsinlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər