loading...

ATV-nin əməkdaşları qəzaya uğrayıb

ATV-nin əməkdaşları qəzaya uğrayıbATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb.

ATV telekanalından faktı APA-ya təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. “Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür", - Vaqif Aydınoğlu deyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər