loading...

Ərdoğanın Azərbaycana səfəri gündəlikdə qalır - RƏSMİ

Ərdoğanın Azərbaycana səfəri gündəlikdə qalır - RƏSMİ"Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə qalır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.

R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər