loading...

Soysuz “türk inqilabçısı” Rusiyadan belə üzr istədi - VİDEO

Soysuz “türk inqilabçısı” Rusiyadan belə üzr istədi - VİDEOTürk şairi Hüseyin Haydar Rusiya xalqına şeir formasında müraciət edib.

Şair Su-24 təyyarəsinin vurulması və pilot Oleq Peşkovun ölümünə görə üzr istəyib.

Şair müraciətində Türkiyə xalqının “daha öz vətəninin sahibi olmadığını” bildirib. O, özünü “türk inqilabçısı” adlandırır və heyfsilənir ki, “öz ölkəsini biabırçılıqdan xilas edə bilmədi”.

Hüseyin Haydar əsərində şair Vladimir Mayakovski, yazıçı Maksim Qorki, kosmonavt Yuri Qaqarin, həmçinin faşizmə qalib gəlmiş qəhrəmanları xatırlayıb.

Xatırladaq ki, Rusiyanın Su-24 bombardmançısı 24 noyabr 2015-ci il tarixində Türkiyənin F-16 qırıcı təfərindən vurulub. Türkiyə rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya iddia edir ki, Su-24 Suriyanın hava məkanında hücuma məruz qalıb. Moskva hadisəyə görə, üzr istənilməsi, dəyən zərərin ödənilməsi və günahkarların cəzalandırılmasını tələb edir.

Ömər Dağlı
[video=]Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər