Beyləqanın icra başçısından Prezidentə növbəti ŞİKAYƏT – “İcra hakimiyyətini korrupsiyalaşdırıb”
Tarix: 11-01-2021, 15:31
Baxılıb: 1 494
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqanın icra başçısından Prezidentə növbəti ŞİKAYƏT – “İcra hakimiyyətini korrupsiyalaşdırıb”

11-01-2021, 15:31

Son günlər ölkə mediasında ayrı-ayrı məmurların qanunsuz əməllərini əks etdirən və bu üzdən də Prezident Administrasiyasına ünvanlanan vətəndaş şikayətlərinə rast gəlirik. Demək olar ki, vətəndaş şikayətlərinin say günbəgün artır, azalmır.  Maraqlıdır ki, niyə bu məmurlar vətəndaşlara qarşı bu qədər qəzəblidirlər.  Niyə onlar vətəndaşları dövlətdən narazıl salmağa, onları dövlətə qarşı itaətsizlik həddinə çatdırırlar. Nədir bunların məqsədi? Bu cür şikayətlərin çoxu da məhz rayonlardan daha çox eşidilir. Belə olan halda haqlı bir sual yaranır, görəsən  yerli icra hakimiyyəti orqanları əməkdaşları, eləcə də icra başçıları nəyə nəzarət edir, onlar bu rayonda nəyə gərəkdirlər?Əgər yanan barmağa su tökməyəcəklərsə... Prezident icra başçılarını nə üçün təyin edir ki?  Əgər icra başçıları başçılıq etdiyi rayonun əhalisinin problemlərini həll edə, onlarla qayğılanmayacaqsa, köməklik etməyəcəksə, bəs nə üçün otağı məşğul edirlər? Prezident İlham Əliyev rayonlara icra başçıları təyin edərkən, onları qəbul edib tapşırıqlarını verərkən, icra başçılarının birinci qarşısına qoyduğu məsələ o olur ki, onlar  rayonda ilk öncə vətəndaşlara həssas yanaşsınlar, onları problemləri ilə qayğılansınlar, ortaya çıxan məsələləri həll etsinlər. Lakin bu günləri görünən odur ki, rayon icra hakimiyyəti başçıları prezidentin bu mühüm tapşırıqlarına öz yeni, bər bəzəkli otaqlarına girinə qədər əməl edirlər. Az müddət keçməmiş məlum olur ki, əslində icra hakimiyyəti başçıları vətəndaşların dərisini soyub yerinə də saman təpməklə məşğuldurlar. Vətəndaşların problemlərini həll etmək əvəzinə onlara əlavə problemlər yaşadırlar. reportyor.org xəbər verir ki, Prezident administrasiyasına ünvanlanan vətəndaş şikayətlərinin sayının çoxluğu ilə birinci yerdə sıralanan rayonlardan biri də, Beyləqan rayonunun olduğu bildirilir. Bildirilir ki, bu rayonun icra başçısı da vətəndaşların dərisinə saman təpməklə məşğuldur. Məhz bu üzdən də Prezidentin ünvanına  vətəndaş şikayətlərinin sayı artmaqdadır.  Repertyor.tv xəbər verir ki,  Beyləqan rayonu Eyvazalılar kənd sakini Rüstəmova Gülsənəm Fazil qızı tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış şikayət məkrubunda da icra başçısı Asif Ağayevin qanunsuz əməllərindən, korrupsiyaya qurşanmasından bəhs olunur. Reportyot.Tv olaraq Beyləqan rayonu Eyvazalılar kənd sakini Rüstəmova Gülsənəm Fazil qızının Prezident İlham Əliyevə və bir sürətini də redaksiyamıza ünvanladığı şikayət məktubunu olduğu kimi dərc edirik:                                                                        “Cənab Prezident! Sizə müraciət edərək Beyləqan şəhərinin Beyləqan-Daşburun yolu istiqamətində çıxışında yolun sol hissəsində əvvəllər qaçqınlar məskunlaşaraq yaşadıqları, indi isə Beyləqan rayon İcra hakimiyyətinin uzun bir müddətdi şəhərin içərisində sökülən tikintilərdən dəmir və daş tullantılarından ibarət hissələrin və şəhərin daxilindən keçən suvarma kanalının təmizlənməsi zamanı çıxan zibillərin daşıyıb tokdükləri ərazidə, gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq ayrılmasına köməklik göstərilməsini xahiş etmişdim. Sizə ünvanladığım həmin şikayət ərizəsi Beyləqan rayon İcra hakimiyyətinə daxil olmuş, lakin mənim özüm dinlənilmədən, problemlərimin nədən ibarət olmasını araşdırmadan, İcra hakimiyyəti başçısının məzuniyyətdə olan birinci müavini Telman Məstanovun 01.01.2021-ci il tarixli məktubu ilə mənə Beyləqn rayon ərazisində torpaq ayrılmasının dayandırılmasını, qanunsuz tikililərin aşkar edilərək dayandırılmasını, rayonun sosial-iqtisadi inkişafına nəzarət edilməsini, rayon ərazisinin abadlıq işlərinə və təmizliyinə nəzarət edilməsini, rayonun hər bir sakininə bərabər münasibət bəslənilməsini bildirərək, aşkar surətdə əvvəlki mövqeyində qalmasını, birmənalı olaraq haqqı ödənilməyən heç bir işə icra başçısının imkan yaratmayacağını bildirmişdir. Mən artıq açıq və qorxmadan deyə bilərəm ki Beyləqan rayon İcra hakimiyyəti korrupsiyalaşmış bir orqana çevrilib. Bunun əyani sübutu kimi şəhər ərazisindən kənarda tökülmüş daş barədə məlumatı olan və həmin daşı daşıtdırıb naməlum istiqamətdə apartdıran İcra başçısının Beyləqan şəhərinin daxilində gözü qarşısında qanunsuz tikililərin davam etdirilməsinə necə icazə verir? Əvvəllər dövlət əmlakını mənimsəməyə görə işdən azad olunmuş, hərbi xidmətdə olmayan, diplomu şübhə doğuran şəxsləri necə idarə müdiri və ərazi nümayəndəsi kimi işə qəbul edir? Beyləqan şəhərinin mərkəzindən keçən və şəhəri iki hissəyə bölən  və bir neçə kəndi suvarma suyu ilə təhciz edən kanalın mühafizə zolağının zəbt edilərək avtomobil yuyucu məntəqələrinin və kommersiya məqsədli ticarət obyektlərinin tikintisinə açıq aşkar icazə verilib. Və maraqlıdır ki, bu qanunsuz tikililərə icazəni kim verib? Həmin obyektlər çoxillik ağacların kəsilməsi, onların dibinin betonlanması, kanalın üstünün beton plitələrlə örtülməsi yolu ilə həyata keçirilir. Asif Ağayev bunları görmürmü? Eyni zamanda həmin kanal boyunca məskunlaşmış əhalinin evlərinə kanala paralel olaraq uzanan və ümumi istifadədə olan yol və səkidə zəbt olunaraq ticarət obyektləri tikilib. Eləcə də həmin qanunsuz tikililər sakinlərin sərbəst hərəkəeinə mane olur. Bundan başqa Beyləqan şəhəri ərazisində həyətyanı torpaq sahələrinin təyinatı dəyişdirilmədən vətəndaşlara özlərinə məxsus həyətyanı torpaqlarda yüksək mərtəbəli ticarət obyektlərinin tikilməsinə göz yumulur(fotoşəkillər əlavə olunur). Rayon icra hakimiyyətinin binasının lap yaxınlığında çoxmənzilli binanın ümumi istifadəsində olan torpaqlar zəbt olunaraq ticarət obyekti tikilir, təsadüfi deyildir ki həmin qanunsuzluqların qarşısını almağa səlahiyyətləri daxilində nə Beyləqan şəhər bələdiyyəsi, nə ƏMDK-nin Beyləqan Ərazi İdarəsi, nə DƏDRX-nin Ərazi İdarəsi, nədəki Beyləqan Meliorasiya idarəsi müdaxilə edə bilmirlər, ona görəki həmin işlərin görülməsində Asif Ağayev əsil söz sahibidir. Mütləq şəkildə iş görən “sahibkarlar” bu qanunsuz işlərini Asif Ağayevdən izn alıblar. Cənab Prezident! Sizi əmin edirəm ki, Sərəncamınızdan irəli gələrək Beyləqan rayonunun abadlığı və quruculuğu məqsədilə ayrılmış dövlət vəsait təyinatı üzrə xərclənməyib, çəkilmiş asfalt və səkilər qısa müddətdə dağılıb. Bu gün çəkilən asfaltı örtüklərnin altından sabah ot bitir. Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi iştirakçılarını qəbul etməməkdə, Şəhid ailələri ilə münasibətləri düzgün qurmamaqda, onların evlərinə ziyarət etməməklə və digər hallarla müşayət olunan hərəkətləri ilə əhali arasınad narazılıq yaradıb. Bunun nəticəsidir ki Beyləqan rayon Təzəkənd kəndində Şəhidin dəfni zamanı həmin kənddən olan digər Şəhid atası ilə arasında olan insident nəticəsində İcra hakimiyyəti tərəfindən onlara verilmiş pul məbləği Asif Ağayevin ayaqları altına atılır və Asif Ağayev Dövlətin atributlarından sayılan pulu yerdən götürmür və oradan uzaqlaşır. Bəli Asif Ağayev həmin pulu yerdən qaldırmadan oradan uzaqlaşır(video görüntünün əks olunduğu disk əlavə olunur), çünki məbləğ az idi, amma həmin pul mənə lazımdır, mənim ailə problemlərim var, mən işləyərək övladlarımın təhsil xərclərinə kömək olmaq istəyirəm. Mənim başqaları kimi torpaq ayrılması üçün küllü miqdarda pul verməyə imkanım yoxdur, kimin varsa o verir, çünki onun var, amma mənim yoxdur. Əgər mənə yazılan məktubda Telman müəllimin göstərdiyi kimi İcra başçısı hamıya eyni gözlə baxsa idi, onda mənim daşımı naməlum istiqamətdə aparıb, başqalarına şəhərin daxilində tikinti apamasına icazə verməzdilər.  Mənim həyat yoldaşım Rüstəmov Fəxri Sərvaz oğlu 1993-cü ildə Ağdam rayonunda erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmiş, 1993-cü ilin mart ayının 19-da çoxsaylı qəlpə yarası almış, 1993-cü il sentyabrın 23-də  isə qardaşı Rüstəmov Hafiz Sərvaz oğlu Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə Şəhid olmuşdur. Ulu öndər Heydər Əliyev demişdir; “Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olanların ailələrinə, yaralanıb əlil olanlara və döyüşənlərə diqqət və qayğı dövlətin borcu, xalqın mənəvi öhdəliyidir”. Lakin Beyləqan rayon İcra hakimiyyətinin başçısı üçün bu söz elə bil imkanlı və arxalı adamlar üçün deyilib, Ulu öndərin bu mövqeyini heç bir işində həyata keçirməkdə maraqlı deyil.     Cənab Prezident!     Sizin əl-ələ verərək Ulu Öndərimizin memarı olduğu Azərbaycan Respublikasının çiçəklənməsi və inkişaf etməsi üçün etdikləriniz danılmazdır. .   Uğurla həyata keçirilən iqtisadi siyasət, məhkəmə islahatı, eyni zamanda korrupsiyaya qarşı mübarizə sizin müstəqil Azərbaycanımızın dahada çiçəklənməsinə yönəli  əməllərinizin həyata keçirilməsində israrlı olmanızın bariz nümunəsidir. Son vaxtlar korrupsiyay yol vermiş bəzi yüksək rütbəli məmurların, İcra hakimiyyəti başçılarının həbs edilməsidə onu göstərir ki siz öz yolunuzda möhkəmsiz, qətiyyətlisiaz.  Bundanda hər bir İcra başçısı nümunə götürməlidir. Xalqı narazı salmaqla onlar əslində Dövlətə, Dövlət Başçısına inamı sarsıdırlar və mən hesab edirəm ki bu şəxslərə qarşıda dönməz mübarizə aparılmalıdır.     Mən Sizdən xahiş edirəm ki Beyləqan rayon İcra hakimiyyəti başçısının hal-hazırki vəziyyətdə bizə qarşı bu davranışının səbəblərinin araşdırılması üçün göstəriş verəsiniz. Öz işində bu qədər nöqsan olan birinin, eyni vətəndaşın birinə bir, digərinə başqa münasibət bəslənilməsi yol verilməzdir. Heç kim əzilməməlidir. Heç kim xüsusi imtiyaza malik olmamalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Sizdən xahiş edirəm bu ədalətsizliyə, ayrı-seçkiliyə son qoyulmasına, qanunsuzluqların aradan qaldırılmasına göstəriş verəsiniz. Hörmətlə, Rüstəmova Gülsənəm Fazil qızı”
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ