Ermənistan morqlarında BİABIRÇILIQ: Cəsəd və sümük əlindən yer yoxdu
Tarix: 2-01-2021, 16:01
Baxılıb: 950
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan morqlarında BİABIRÇILIQ: Cəsəd və sümük əlindən yer yoxdu

2-01-2021, 16:01

Ermənistan morqlarındakı vəziyyət biabırçıdır. Dağlıq Qarabağdan Ermənistana kisələrə daşınan cəsədlər ikinci mərtəbədəki Qafan morqunun açıq pəncərələri olan bir otağına yerləşdirilib. Həmin binanın ətrafında isə dözülməz bir qoxu var. Binanın yanından belə ötmək olmur.
Publika.az Ermənistan KİV-nə istinadla bildirir ki, bunu Ermənistan ordusunun ehtiyatda olan zabiti Arsen Qukasyan deyib.

İki aydan artıqdır ki, Ermənistandakı morqlarda Hadrut uğrunda döyüşlərdə məhv edilən qardaşı oğlunun cəsədini axtaran A.Qukasyanın sözlərinə görə, morqların bu cür acınacaqlı durumda olmasının əsas səbəbkarı baş nazir Nikol Paşinyandır: “Nikol Vavayeviç, ən azından buradakı morqa bir soyuducu göndərin. Göndərin ki, bu cəsədlər çürüməsin. Morqlarda cəsəd və sümük əlindən yer yoxdur, bu səbəbdən də itkinlərin cəsədlərini axtarmağa, mübadiləsini təşkil etməyə həvəsli deyilsiniz. Hələ də minlərlə valideyn övladının cəsədini axtarır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ