Manaf Ağayev və Afət Fərmanqızı “cütlüyü”… – Və yaxud iki toyxana müğənnisinin jurnalistə əzələ nümayişi
Tarix: 5-12-2020, 23:52
Baxılıb: 1 039
Google+ Paylaş
Tumblr Paylaş

Manaf Ağayev və Afət Fərmanqızı “cütlüyü”… – Və yaxud iki toyxana müğənnisinin jurnalistə əzələ nümayişi

5-12-2020, 23:52

Bu günlərdə jurnalist həmkarlarımdan birinin müğənni Manaf Ağayevin hələ şou-biznesdə parlamasından çox əvvəllər “makler” (ev alqı-satqısı) fəaliyyəti ilə məşğul olduğu haqda yazdığı status nəzərimi cəlb etdi.  Öyrəndim ki, həmin status Afət Fərmanqızına “dəyib”. Özündən aşırı dərəcədə çıxan Afət Fərmanqızı əsəbini cilovlaya bilməyib, həmin jurnalistin telefon nömrəsini əldə edib, ona zəng edib.  Ağlı şou- biznes yazarlarına (jurnalistlərə) gedən Afət Fərmanqızı jurnalistə zəng edərək, ona “sən kimsən ki, Manafdan yazırsan” deyərək ondan “hesab” sorub.
Həmkarımız da Afətə elə őz dilində, “kişi sőhbtinə kişi qarışar” deyərək cavab verib. Bundan sonra sőhbətə Manaf Ağayev girişib. Sonra  necə olubsa, jurnalist Manaf Ağayev haqda yazdığı statusunu silib. Öz növbəmdə bu məsələyə feysbuk profilimdə münasibət bildirdim. Hər iki şou adamını öz fikrini ifadə edən jurnalistə hücumlarına görə qınadım. Amma çox keçmədi ki, özüm də şou cütlüyünün təşkil etdiyi hücumlara, təhqirlərə məruz qaldım.  Afət Fərmanqızı və Manaf “sevərlər”, əslində onların “trolları” instaqramda “coron_xeber” adlı səhifədən ünvanıma yağdırdıqları söyüşlər kampaniya xarakteri alıb və davam etməkdədir.
Sonradan həmin jurnalistin özündən öyrəndim ki, Manaf Ağayev onu Qarabağlı həmrəyliyi göstərməyə dəvət edərək, statusunu sildirməyə nail olub. Sözün düzü, şəxsən mən yerlibaz deyiləm və həmyerlilik amilini həqiqəti danmaq üçün yetərli faktor hesab etmirəm. O ki qaldı Manaf Ağayevlə Afət Fərmanqızına, onlardan çəkinəcək qədər gözükölgəli deyiləm. Böyük şair Nəsiminin əsərlərini bayağı formada təqdim edən mən deyiləm, Afər Fərmanqızıdır.
Mən də onların söyüşlərinə söyüşlə cavab verə bilərdim. Ancaq bu, mənim tərbiyəmə uyğun deyil. Görünür, bunu onlar daha yaxşı bacarırlar. Etdiklərinizin adı əxlaqsızlıq, mənəviyyətsızlıqdır. Ayıblarını pul örtürmüş, onu da koronavirus səbəbindən qazana bilmədiklərinə görə iç üzləri açılıb. Taxmağa məcbur olduqları tibbi maska həmişə daşıdıqları maska yırtılıb. Bu hərəkətləriylə bir daha isbatlandılar ki, kimdirlər və ailədə necə tərbiyə alıblar, necə ötürürlər.  Ancaq mən onların səviyyəsinə enməyəcəm. Hansısa bir saxta  səhifə açıb kiminsə ünvanına söyüşlər yağdırmaq nə bir kişiyə, nə də əxlaqlı yerində olan qadına yaraşmayan hərəkətdir. Əgər statusumla bağlı hansısa bir sözünüz, iradınız varsa, bunu sivil şəkildə deyə bilərsiniz. Ancaq iyrəncliyə, söyüşə əl atmaqla nəyəsə nail olmayacaqsınız.
Ehtimal vardır ki, daha müğənniliyin perspektivsiz olduğunu görən Manaf Ağayev bu ərəfələrdə yenidən daşınmaz əmlak alverinə qayıtmaq barədə düşünürmüş və yaxud da artıq başlayıb. Qəfildən məlum statusun ortaya çıxması onun üçün gözlənilməz olub. Afət Fərmanqızından başqa yatmış digər həmkarlarının oyanmasına razı deyilmiş, rieltor biznesinə keçəcəklərindən ehtiyatlanıb, o üzdən informasiyanı elə beşikdəcə boğmağa qərar verib.
RAMİN MƏHƏMMƏDOĞLU,
RealMedia.az-ın baş redaktoru


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ