loading...

“Aygünlə Elzanı türmədə çürüdəcəm”

Qəzəbindən od püskürən primadonna Publika.az-a müsahibə verərək bir çox qaranlıq mətləblərə aydınlıq gətirib.

- İlhamə xanım, eşitdik Aygün Kazımovanı məhkəməyə verərək 1 milyon manat təzminat istəyəcəyinizi bəyan etmisiniz. Aygünlə aranız saz idi axı, nə oldu birdən-birə pop-diva sizə qarşı belə addım atdı?
- Aygünün qarnının ağrısı Natəvan Həbibidir. Natəvanla barışdığım gündən Aygün dəliyə döndü. Yanıb-tökülür. O dediyi sözlərə görə cəzasını alacaq. Darıxmasın. Bir söz var e, insanın canını almaq istəyirsənsə, onun pulunu al. Canı çıxa-çıxa gətirib o pulu mənə verəcək. Verməsə, qanun qarşısında cavab verəcək. Qanunlarımız, şükür Allaha, saat kimi işləyir. Bir vaxtlar qarşımda diz çöküb barışım deyə yalvarmışdı, indi də yenə çaşıb.

- Bəs Elza Seyidcahanı necə cəzalandırmağı düşünürsünüz?
- O da, eşitdiyimə görə, özünü “sülh göyərçini” adlandırıb, məni də “anakonda”. Ay yazıq Elza, mən səmaların, göylərin göyərçiniyəm, sənsə yerdə eşələnən məxluq. Mən göylərdə, sizlərin başınızın üstündə uçuram, zərif gözəlliyimlə sizləri yandırıb-yaxıram.

- Onu bağışlayacaqsınız?
- Nə bağışlamaq, ona da bir milyon təzminat ödətdirəcəyəm. Aygünün də, onun da ciyərini çıxaracağam. Bu pulu verməsələr, ikisini də türmədə çürütdürəcəyəm.

- Bəlkə gəlib üzr istəyəcəklər?
- Qətiyyən. Onları yaxınıma buraxmaram. Əgər hansısa bir şəxsiyyət gəlib məndən səhvimə görə üzr istəsə, bağışlayaram. Amma şəxsiyyət olmayan Aygünlə Elzanı heç vaxt bağışlamaram. Burdan onlara səslənirəm, qətiyyən mənə yaxın düşməyin.

- Amma bir müddət əvvəl Elza ilə də qalmaqalınız vardı, onda onu bağışlamışdınız?
- Əslində, ona yazığım gəlirdi, elə indi də yazığım gəlir. Amma bu elədiyi qələtdən sonra onu bağışlamaq fikrində deyiləm.

- Sizcə, Elza Seyidcahan niyə keçmiş köməkçiniz Mehribanı müdafiə edir?
- Əslində, bunun kökü bir az dərindədir. Elza əvvəllər Mehribanla çalışıb. Sonradan kişi üstündə davaları düşüb, ayrılıblar. Elza özü mənə danışırdı ki, bir-biri ilə kişi üstündə dalaşıblar. Buna görə düşmən idilər, amma indi Elza taktikanı dəyişib.

- İlhamə xanım, həmkarlarınızdan yalnız təzminat istəyəcəksiniz, yoxsa başqa cəza növü də tətbiq olunmasını istəyirsiniz?
- Bir də tapşıracağam ki, dillərini qoysunlar qarınlarına, yoxsa çox qudurublar. Elza getsin hələ oxumağı öyrənsin, sonra şeir yazsın. Yazıq özünü biabır etməklə məşğuldur.

- Elzanı, deyəsən, bağışlayacaqsınız. Çünki hər sözünüzdə ona yazığınız gəldiyini deyirsiniz.
- Bağışlayardım, amma bu söhbətdən sonra yox. Çox irəli getdi, dilini dinc qoymadı. İndi biləcəklər xanım İlhaməyə şər, böhtan atmaq nə deməkdir! Sənətkarı təhqir etmək nə deməkdir. Mən onlara gülürəm, yazığım gəlir.
“Aygünlə Elzanı türmədə çürüdəcəm”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər