Qarabağ Müharibəsi veteranı, II-ci qrup əlil, əməkdar məşqçi müəllim Prezidenti İlham Əliyevə MÜRACİƏT ETDİ 9FOTO0
Tarix: 22-08-2020, 17:27
Baxılıb: 1 427
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağ Müharibəsi veteranı, II-ci qrup əlil, əməkdar məşqçi müəllim Prezidenti İlham Əliyevə MÜRACİƏT ETDİ 9FOTO0

22-08-2020, 17:27

reportyor.org xəbər verir ki, redaksiyamızı elektron poçtuna Beyləqan şəhər, Füzuli küçəsi, ev 7 ünvanında yaşayan Qarabağ Müharibəsi veteranı, 2-ci qrup əlil, İdman ustası, Əməkdar məşqçi, Prezident mükafatçısı və prezident təqaüdçüsü Fərzəliyev Kamil Yünis oğlu tərəfindən ölkə Prezidenti İlham Əliyevə ünvanlanmış şikayət ərizəsi daxil olub. reportyor.org olaraq həmin müraciəti olduğu kimi dərc edirik:“Möhtərəm cənab Prezident! İlk olaraq qeyd edim ki, 1992-96 -cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən ağır döyüşlərdə iştirak etmişəm. 92-ci ildə Laçın – Şuşa kalidorunu vurmuşam. 22.01.1994-cü ildə Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlərdə yaralanmışam. Və bir neçə aydan (müalicə olunub sağaldıqdan) sonra yenidən cəbhəyə qayıdaraq döyüşmüşəm. Qarabağ müharibəsi veteranı, 2-ci qrup əliləm. Bu gündə bir əmrinizlə döyüşə getməyə, Vətən – Torpaq uğurunda düşmənə qarşı silaha sarılaraq vuruşmağa hər an hazıram. 35 ildirdə ki, profesional idmanla məşğulam. İdman ustası, əməkdar məşqçi- müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi, Prezident mükafatçısı və prezident təqaüdçüsü, respublika çempionatının və Beynəlxalq “Qızıl qran-pri” yarışlarının, Naxçıvanda keçirilən Heydər Əliyev adına Beynəlxalq turnirlərinin qalıbi, Avropa və dünya çempionlarının məşqçi-müəllimiyəm. Qarabağ qazilərinə, əlilərə və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını inkar etmək, görməmək olmaz. Bunları görməmək üçün yalnız kor olmalısan. Sizin biz döyüşçülərə göstərdiyiniz yüksək qayğı və münasibət bizlərdə növbəti bir döyüş əzmi oyadır. Bu günləri rəhbərliyiniz altında ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində uğurlu tədbirlər planı həyata keçirilir. Ulu öndər Heydər Əliyev sağlığında hər zaman Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Məhz bu gün Ümummilli Liderin bu siyasəti Azərbaycan Respublikasının Prezident olaraq tərəfinizdən uğurla davam etdirilir. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Onlarla müharibə veteranı, əlil və şəhid ailəsi fərdi evlərlə və minik avtomobilləri ilə təmin olunub.  Eyniz zamanda Azərbaycan dünyada idman ölkəsi kimidə tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Məhz elə buna görə də idmançılarımız istənilən idman sahəsi üzrə uğurlara, qələbələrə imza atıblar. İdmana  göstərdiyiniz xüsusi diqqt və qayğı sayəsində idmançılarımız xarici ölkələrdə keçirilən idman yarışlarında birinci, ikinci və üçüncü yerlər tutaraq, qızıl və gümüş medallara sahibləniblər. Məsələn, ad çəkə bilərəm ki, tələbələrimdən Əzizli Eldəniz dəfələrlə yeni yetmələr və böyüklər arasında dünya və avropa çempion olub. Abdullayev Nicat dünya ikincisi, Yunisli Toğrul üç dəfə avropa, üç dəfə də dünya çempionu mükafatçısıdır, ailəmizdən qardaşım oğlu Yunisli Tural Hidayət oğlu Beyləqan rayonunda yerləşən 218 “N” saylı hərbi hissənin kəşfiyatçısıdır. Və o, Prezident tərəfindən hərbi xidmətlərə görə birinci dərəcəli medalla, eləcə də uğurlu Aprel döyüşlərində igidliyə görə medalla təltif olunub. Əmim oğlu Qarabağ döyüşlərində itgin düşüb.  Cənab Prezident! Bunları Sizə yazmaqda məqsədim ondan ibarətdir ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev üçün Qarabağda döyüşən, şəhid olub, əsir düşənlər azərbaycanlı deyillər. Sanki onlar bu xalqın qan içən düşməni, bir terroristlərdir. Maraqlıdır, Asif Ağayevdə erməni millətinə bu qədər sevgi, rəğbət hardan qaynaqlanıb. Qarabağ müharibəsi veteranlarını, əlilləri və şəhid ailələrini görmək istəməyən icra başçısı haqqında ağıla gələn ilk fikir məhz budur! Bir icra başçısı, doğrudan da Qarabağ müharibəsi veteranlarını, əlilləri və şəhid ailələrini  görmək istəmirsə, deməli ortada ciddi nəsə var.  Yoxsa, Asif Ağayev bu qəbildən olan insanları niyə qəbul edib, dinləmək istəməsin ki... Elə üzləşdiyim problemində kökü məhz, elə o niyəsindədir. Yəni mənim Qarabağ müharibəsi (döyüşçü) veteranı olmağımla bağlıdır ki, necə deyərlə, bunun bəlasını çəkirəm. Belə çıxır ki, mən erməniyə güllə atmalı deyilmişəm. Qeyd edim ki, bir müddət əvvəl Beyləqan rayon icra hakimiyyətinə ərizə ilə müraciət edərək məlum ərazidən mənə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağım üçün 150 kv.m torpaq sahəsini icarəyə (icarə müqaviləsinə əsasən) verilməsinə köməklik etməsini xahiş etmişdim. İcra başçısı da mənə həmin ərazinin (torpağ ayrılması) situasiya sixemini çəkdirərək icra hakimiyyətinə təqdim etməyimi bildirmişdir. Mən də xərc çəkərək həmin yerin situasiya sixemini çəkdirib icra hakimiyyətinə təqdim etmişdim. Və bundan sonra icra başçısı həmin ezkizi təsdiq edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir.  Mən də öz növbəmdə həmin ərazi zibillik və çökək olduğu üçün xərc çəkərək, tıraktor gətirdərək ərazini təmizdədərək, ora otuz kamaz şebel qrabil tökdürmüşəm. Bu günləri isə Asif Ağayev mənim Qarabağ döyüşçüsü və veteranı olduğumu bilib, həmin yeri əlimdən alıb. Özümədə deyir ki, get, hara, kimə şikayət edirsən et.  Mənimdə şikayət edəcək bir tək ünvanım Sizsiniz. Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, az qalıb iki il ola ki, Asif Ağayev Beyləqan rayonuna başçılıq edir. Ancaq birdənə də olsun nə sahibkarlıq subiyektləri, nə də digər iaşə və biznes obyektləri tikilərək istifadəyə verilməyib. Ancaq rayonun abadlıq, quruculuğuna ayrılan vəsaitləri müxtəlif şirkətlərin əli ilə yeməkdədir. Məsələn, sual oluna bilər ki, hər il icra hakimiyyətinə ayrılmış 93 (doğsan üç)min manat (hansı ki, bu vəsait imkansız ailələrə yardım edilməsi üçün ayrılır) vəsait hara xərclənir? Bunu danmaq olmaz ki, Asif Ağayev rayona icra başçısı təyin olunandan indiyə qədər rayonda tikinti işlərinə icazə vermir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və bunun üçün də icra hakimiyyətinə ərizə ilə müraciət edən (torpaq ayrılması üçün) vətəndaşların ağızlarından vurulub geri qaytarıllar. Bu üzdən də rayonun iqtisadi durumu heç də ürək açan deyil. Rayon iqtisadiyyatı tamamilə şökdürülüb. Sakinlərin dolanışığı nəzərə alınmır, rayonun iqtisadi inkişaf tempi geriliyib,  demək olar ki, çökdürülüb. Bu gün Asif Ağayev Beyləqan rayonunun inkişafında təhlükəli bir potensiala çevirilib.   Beyləqan rayonunda zülüm ərşə, bıçaq sümüyə dirənib. Vəziyyət bir müddətdən belə davam edərsə, Beyləqan rayonunda olduqca təhlükəli bir situasiya yaranacaq. Mənim hələ də anlaya bilmədiyim isə, Asif Ağayev niyə Qarabağ əlillərini, şəhid ailələrini görmək istəməməsidir.”
reportyor.org








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ