YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilib.
Tarix: 19-08-2020, 21:32
Baxılıb: 1 238
Google+ Paylaş
Tumblr Paylaş

YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilib.

19-08-2020, 21:32

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla qəbul keçirib, onların müraciətlərini dinləyib. 
YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilib. 
Vətəndaşlar qarşılaşdıqları problem və çətinliklərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər. 
Seçicilər tərəfində səsləndirilən müraciətlər əsasən, işsizlik, sosial məsələlər və ailədaxili problemlər və s. bağlı olub. 
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi və araşdırılması üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.
Qeyd edək ki, deputatın seçicilərlə görüşü mütəmadi olaraq keçiriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ