loading...

Prezident Mavritaniya və Albaniya liderlərini təbrik edib

Prezident Mavritaniya və Albaniya liderlərini təbrik edibPrezident İlham Əliyev Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizəni bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

Bundan başqa prezident İlham Əliyev Albaniya prezidenti Buyar Nişaniyə də təbrik məktubu ünvanlayıb: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər