loading...

AMEA Direktorlar Şurasının iclası keçirilib

AMEA Direktorlar Şurasının iclası keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə gündəliyə daxil olan məsələlərlə bağlı ətraflı məlumat verib.

Akademiyanın 70 illik yubileyinə hazırlıq işlərinin yekunlaşdığını bildirən AMEA rəhbəri doktoranturaya və magistraturaya qəbulun nəticələri, tədris prosesinin gedişatı, doktorluq imtahanlarına qəbul prosesinin təkmilləşdirilməsi kimi məsələlərə münasibət bildirib.

Akademik qeyd edib ki, doktoranturaya qəbul olmaq istəyənlər ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər. A. Əlizadə əlavə edib ki, AMEA-da magistratura təhsilinin təşkili universitetlərdəkindən fərqli olmalı, Akademiyada magistratura təhsili alanların beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı təşkil edilməlidir.

A. Əlizadə bildirib ki, Akademiya yeni elmi istiqamətləri formalaşdırmaq üçün büdcədənkənar vəsait əldə etməyə çalışır və bu da innovativ təklifləri bizneslə əlaqələndirməyə imkan verir: “Bu məqsədlə yeni elmi istiqamətlər üzrə həm də kadrların hazırlanması işinə AMEA-nın elmi müəssisələrinin rəhbərləri böyük məsuliyyət və qayğı ilə yanaşmalıdırlar”. AMEA-nın 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinin təşkil olunduğunu xatırladan akademik növbəti ildə 15 institutda magistraturaya qəbulun nəzərdə tutulduğunu qeyd edib.

Tədbirdə AMEA əməkdaşlarının əmək haqqının diferensasiyası, Akademiyada patent fəaliyyətinin yaxşılaşdırılması və "Horizon-2020" proqramının icra vəziyyəti ilə bağlı məsələlərə də baxılıb.

Sonda AMEA-nın elmi institut və təşkilatlarının rəhbərləri sözügedən məsələlər ətrafında öz fikir və mülahizələrini bölüşüb, təkliflər səsləndiriblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər