Tibb bacısı koronavirus xəstəsinin təqaüd kartını oğurladı
Tarix: 9-05-2020, 11:15
Baxılıb: 611
Google+ Paylaş
Tumblr Paylaş

Tibb bacısı koronavirus xəstəsinin təqaüd kartını oğurladı

9-05-2020, 11:15

ABŞ-ın Nyu-York şəhərində süni tənəffüs aparatına qoşulmuş koronavirus xəstəsinin təqaüd kartı tibb bacısı tərəfindən oğurlanıb.
“Daily Mail” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, qadın xəstənin pensiya kartından 60 dollar çıxararaq, evinə ərzaq alıb və avtomobilinə yanacaq doldurub.

43 yaşlı tibb bacısı oğurluğu ağır vəziyyətdə olan pasiyentin ölümündən üç gün əvvəl həyata keçirib.
Qonşu Nyu-Cersi ştatından olan qadın polislər tərəfindən saxlanılıb.
COVID-19 virusindan həyatını itirən 70 yaşlı qadının qızı Tara Katapano mətbuata verdiyi açıqlamada bildirib ki, həyatı uğrunda mübarizə aparan insana qarşı edilən bu əməl onu dərindən sarsıdıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ