Nazir: "Şagirdlərin yekun qiyməti I yarımilin nəticəsi əsasında çıxarılacaq"
Tarix: 7-05-2020, 17:16
Baxılıb: 514
Google+ Paylaş
Tumblr Paylaş

Nazir: "Şagirdlərin yekun qiyməti I yarımilin nəticəsi əsasında çıxarılacaq"

7-05-2020, 17:16

“2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin, böyük və kiçik summativlərin keçirilməsi nəzərdə tutulmur”.
 APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Bunun üçün I yarımili üçün nəticələri əsas götürüləcək. Onun əsasında şagirdlərin yekun qiyməti çıxarılacaq və onlar növbəti sinfə keçiriləcək.
Nazir bildirib ki, nəticələrdən razı qalmayan şagirdlər tədris ili öncəsi yenidən qiymətləndirmədə iştirak edib öz qiymətləndirməsini düzəldə bilərlər: "Bu müddətdə intensiv şəkildə məzmunun çatdırılması həyata keçirildi. Bu həftə sonuna qədər teledərslərin sayı 1200-ə çatacaq. 900 minə yaxın şagirdin mənimsəmə səviyyəsini bilmək üçün iyunda 3000 - 6000 şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ