Zaur Əliyev: “Modul tipli digər xəstəxanaların açılışı iyunda olacaq"
Tarix: 6-05-2020, 18:24
Baxılıb: 485
Google+ Paylaş
Tumblr Paylaş

Zaur Əliyev: “Modul tipli digər xəstəxanaların açılışı iyunda olacaq"

6-05-2020, 18:24

“Hazırda Azərbaycanda hökumət tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlə 6, özəl şirkətlər tərəfindən isə 4 modul tipli xəstəxana tikilir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. Onun sözlərinə görə, hər bir xəstəxana 200 çarpayıdan ibarət olacaq, bu isə əlavə 2000 çarpayı imkanı yaradacaq:
“Əgər yoluxma sayı daha çox olsa, biz bu xəstəxanalardan da istifadə edə biləcəyik. Yaxın zamanlarda, hətta 1-2 gün ərzində ilk modul tipli xəstəxananın açılışı gözlənilir. İyun ayının ortalarına qədər digər xəstəxanaların da açılması nəzərdə tutulur. Bu, həm Bakıda, həm də regionlarda olacaq. Həmin xəstəxanalara COVİD-19 xəstələrini rahat yerləşdirə biləcəyik”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ