loading...

Azərbaycanda keçmiş məhkum qətl törətdi

Azərbaycanda keçmiş məhkum qətl törətdi
Lənkəranda qətl hadisəsi baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumatına görə, hadisə oktyabrın 20-də saat 21.00 radələrində rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov şəxsi münaqişə zəminində yaxın tanışı və həmkəndlisi olan 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə bədəninin müxtəlif nahiyələrində bir neçə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.
Hadisəni törətmiş Z.Əsgərov könüllü hüquq mühafizə orqanlarına təslim olub. M.Abdullayevin meyiti isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Qətlin motivləri barədə hələlik hər hansı bir məlumat verilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər