loading...

QSC sədrinin deputatlıq iddiası kəlbəcərlilərin qəzəbinə tuş gəldi

QSC sədrinin deputatlıq iddiası kəlbəcərlilərin qəzəbinə tuş gəldi



123 saylı dairədən namizəd olan Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov kəlbəcərlilərin qəzəbinə səbəb olub.
Reportyor.orq AZXEBER.COMa istinadən xəbər verir ki, artıq seçki təşviqatına start verən Cavid Qurbanov hər seçkidə olduğu kimi bu il də pulu işə salmağa başlayıb. Namizəd olduğu dairədə məskunlaşan kəlbəcərlilərin səsini qazanmaq üçün yataqxanalarda və Bakının müxtəlif yerlərində məskunlaşmış insanlara maddi dəstək göstərən Cavid Qurbanov ənənəvi seçki taktikasını bu il də davam etdirmək istəyir.
Ancaq kəlbəcərlilərin Cavid Qurbanova olan nifrəti günü-gündən böyüməkdədir. Buna səbəb Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiəsində Cavid Qurbanovun kölgədə qalmasıdır.
Dilqəmlə Şahbazın çətin vəziyyətdə qalan ailələrinə heç bir dəstək göstərməyən amma özünü kəlbəcərlilərin dayağı kimi göstərməyə çalışan Cavid Qurbanov bu dəfə böyük təzyiqlə üzləşib. Bu məsələylə bağlı ağzını belə açmayan C.Qurbanovun soyuq münasibəti rayon camaatı tərəfindən qəzəblə qarşılanıb.
Görünən odur ki, “ Azərbaycan Dəmir Yolları”nın şefi bu dəfə də seçkini gözdən salmaq üçün əlindən gələni etməyə davam edəcək.
Bütün bunlar onu göstərir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə də rəhbərlik edən Cavid Qurbanov Milli Məclisdə mandat qazanmağa iddialı olsa da, o, eyni vaxtda bir neçə işin öhdəsindən gələ bilməyəcək. Millət vəkilləri parlamentdə qanun layihələrinin müzakirəsində, layihələrin hazırlanmasına, seçicilərlə görüşlərə, deputat qəbuluna böyük çətinliklə vaxt tapa bilirlər. O ki qaldı kəlbəcərlilərə, onlar onsuz da deputatlarından narazıdırlar.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Reportyor.orqБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər