30 sosial işçi icra hakimiyyətinə çağırıldı: Beyləqan icra hakimiyyəti TƏKZİB EDİR
Tarix: 4-05-2020, 19:39
Baxılıb: 1 216
Google+ Paylaş
Tumblr Paylaş

30 sosial işçi icra hakimiyyətinə çağırıldı: Beyləqan icra hakimiyyəti TƏKZİB EDİR

4-05-2020, 19:39

Nəyi, necə araşdırdılar?
RealMedia.az “Beyləqan News” səhifəsinə istinadən “Beyləqanda ərazi icra nümayəndəsi “DOST İş Mərkəzi”ndən əmək haqqı alanlardan necə qazanır?” sərlövhəli məqalə dərc etmişdi.
Adı çəkilən məqalədə Beyləqanın Dünyamalılar kənd icra nümayəndəsi Mürşüd Xudaverdiyevin “DOST İş Mərkəzi” MMC tərəfindən işələ təmin olunan 30 (otuz) vətəndaşdan hər ay 50 (əlli) manat məbləğində haqq alması bildirilirdi.
RealMedia.az “Beyləqan News” səhifəsinə istinadən yaydığı məlumatdan sonra Beyləqan rayon icra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib. Beyləqan İcra Hakimiyyətindən daxil olan məlumatda deyilir ki, “DOST İş Mərkəzi” MMC-də işləyən Dünyamalılar kəndindən olan şəxslər İcra Hakimiyyətinə dəvət edilərək izahatları alınıb.
Əldə etdiyimiz məlumata görə rayon İcra Hakimiyyətinin apardığı araşdırma çərçivəsində “DOST İş Mərkəzi” MMC-də işçi kimi işləyən şəxslərin verdikləri izahatlarda qeyd olunan məlumatların həqiqəti uyğun olmadığı göstərililib.
RealMedia.az olaraq bildiririk ki, rayon İcra Hakimiyyətinə çağrılaraq izahat verən şəxslərin yayılan məlumatın təkzib etmələri gözlənilən idi. Bunun əksini düşünmək isə sadəlövlük və ağılsızlıq olardı. Çünki həmin “sosial işçilər” yaxşı anlayırlar ki, haqqını ödəyib işə çıxmayan “işçi”lər evdə oturaraq hər ay havayı yerdən “DOST İş Mərkəzi” MMC-də maaş aldığqlarını icra hakimiyyətinə verdikləri “izahatlarında”  yazmış olsalar onları, eləcə də onlardan “haqq” alıb işə düzəldən icra nümayəndəsini də hansı cəza və məsuliyyət gözlədiyir.
Çox yaxşı olardı ki, Beyləqan rayon İcra Hakimiyyətinin yetkililəri “Beyləqan News” səhifəsinin yaydığı məlumatı tez-tələsik şəkildə deyil, daha dərindən araşdırardılar. Bax onda….
RealMedia.az olaraq qeyd olunan halları araşdırırırıq. Bizi izləyin!


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ