Dövlətə buynuz göstərən Emil Səməndərovun buynuzunu qırdılar... - İndi növbə “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevindir...
Tarix: 31-01-2023, 14:31
Baxılıb: 685
Google+ Paylaş
Tumblr Paylaş

Dövlətə buynuz göstərən Emil Səməndərovun buynuzunu qırdılar... - İndi növbə “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevindir...

31-01-2023, 14:31

Ümid edirik ki,  Rauf Əliyevi də Emil Səməndərovun aqibəti gözləyir...

İki gün öncə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən  mediada yayılan xəbərdən bəlli oldu ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. İstintaq zamanı “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Səməndərov Emil Tofiq oğlu Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Biz bir media qurumu olaraq illərdir ki, Emil Səməndərovun əməlləri barədə yazırdıq  və hüquq-mühafizə orqanlarından tələb edirdik ki, vətəndaşların problemlərini həll edin. Biz hətta  çox çətinliklə  Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı  rəsmi sənədləri, alıcı və kooperativ münasibətləri, öhdəlikləri haqqında  bildidklərimizi  dərc edərək payçı olan vətəndaşlara  öz hüquqlarını anlatmağa çalışırdıq. Sözün düzü,  həmin sənədlər çox böyük həcmdə olduğu üçün yenidən dərc etməyə ehtiyac  görmürük. 
Sözün qısası, biz bir media orqanı olaraq Emil Səməndərovun barəsində dəfələrlə cinayət işi açılmasından ( Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt məhkəmələrində ) amma hər dəfə “sudan quru”  çıxmasından bəhs etmişdik. Biz yazırdıq ki, MTK rəhbəri Emil Səməndərov 1200 vətəndaşa milyonlarla pul atıb, onlara mənzil verəcəyi ilə aldadıb, bir mənzili 4-5 adama satıb və daha nələr... 
Təsəvvür edirsinz  narazı vətəndaşlar Elmil Səməndərovdan öz haqlarını, evlərini, pullarını tələb edəndə, o insanlara oğru aləmi vasitəsilə hədə-qorxu gəlirdi. İndi görürsünüzmü, bu adam  sivil dövləti saymır, sanki öz qanunları ilə hərəkət edirdi. Hələ bu harasıdır..?
Bu adam, narazı insanlara deyirdi ki, hara istəyirsiniz şikayət edin, 500 min manat verib məsələni həll etmişəm. Vallahi, bu  dövlətə BUYNUZ göstərmək idi. Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçirirdi, amma nəticə yox idi. Yenə şükür ki, hüquq-mühafizə orqanları özündə güc taparaq  Emil Səmənədərovu həbs edə bildilər. Amma bununla problem bitmir. Emil Səməndırov kimi MTK sahibləri Azərbaycanda bir deyil, iki deyil, beş deyil... Onlardan biri də “Dərəçiçək” MTK-dır. 
Vətəndaş bizə müraciət edərək  Yasamal rayonu,  Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək”  MTK-a payçılarının başına açdığı oyunlardan şikayət edir. Şikayətçinin dediyindən bəlli olur ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və  bizə müraciət edən vətəndaş  həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq  98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru  Əhmədov.S.R  öz möhürü ilə təsdiq edib. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi  133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m  170 manata başa gəlir. Mənzil üçün  MTK-nın  direktoru  Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.   
Bəs yaxşı  13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..? 
Bəlli olur ki, MTK rəhbərliyi mənzilləri başqa  birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz  MTK rəhbərlərinə himayədarlıq edirlər. 
Sözün düzü, araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart”  deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər  təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək”  MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin  yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. 
Sözün qısası, biz  vətəndaşların başına oyun açan iki cinayətkar MTK rəhbərindən bəhs etdik. Birini həbs elədilər. 
Ümid edirik ki, hüquq-mühafizə  orqanları yaxın zamanda “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevi də  həbs edəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ