Gələnin qarşısına kişi çıxar, Müqayis Verdiyev... - Müqayis Verdiyev evdə gizlənib, Qarabağ qazilərinin qarşısına çıxmır...
Tarix: 20-01-2023, 02:31
Baxılıb: 525
Google+ Paylaş
Tumblr Paylaş

Gələnin qarşısına kişi çıxar, Müqayis Verdiyev... - Müqayis Verdiyev evdə gizlənib, Qarabağ qazilərinin qarşısına çıxmır...

20-01-2023, 02:31

Qarabağ qaziləri Müqayis Verdiyevdən pullarını tələb edir.. Özünü iş adaml kimi qələmə verən, əslində dələduz, cinayətkar, əsl işi kimlərisə şantaj edərək pul qopartmaq olan Müqayis Verdiyev barəsində youtu.be (ttps://youtu.be/QWOhKwoIXcw) kanalında videoya baxanda dəhşətə gəlməmək olmur. 
Birincisi, kişinin qapısını döyəndə evin qadın xeylağını  qabağa verməzlər. Videodan göründüyü kimi Müqayis Verdiyevin qapısını Qarabağda kişi kimi döyüşən, torpaqlarımızı qoruyan, Qarabağ qaziləri, Qarabağ müharibəsinin veteranları döyərək Müqayis Verdiyevdən halal pullarını tələb edirlər. 
Belə ki, məlumat üçün qeyd edək ki, Müqayis Verdiyev Qarabağ veteranlarına məxsus daş karxanasından 120 min manat dəyərində kubik daşları alaraq guya Sumqayıtda abadlıq və quruculuq işlərinə  sərf edib. Amma Qarabağ qazilərinə çatacaq pulu verməyib. Yəni Müqayis Verdiyev  Qarabağ qazilərinin hesabına milyonlar qazanır, amma onlara çatacaq halal pulu vermir. Videodan göründüyü kimi Müqayis Verdiyevin imarətinin qabağında etiraz edən, pullarını tələb edənlər arasında xeyli əlil də var. Müqayis Verdiyevdən soruşan lazımdır ki, kişi olan kəs əlilin, şikəstin puluna, malına, çörəyinə tamah salar..? 
Qarabağ veteranları videoda özləri deyir ki, Müqayis Verdiyev  daş karxanasının pulunu vermədiyi üçün  karxana müflis oldu və yüzə yaxın Qarabağ veteranı çörəksiz, işsiz qaldı. Videoda çıxış edən Qarabağ qaziləri deyir ki, Müqayis Verdiyev həbs olunanda onun doğmaları, ailə üzvləri bizə yalvar-yaxar elədi ki, şikayətçi olmayın, Müqayis həbsxanadan çıxan kimi sizin pulunuzu verəcək. Qarabağ qaziləri deyir ki, biz də kişi kimi şikayət etmədik, mərdlik elədik və Müqayis Verdiyevin həbsxanadan çıxmasını gözlədik. Amma Müqayis Verdiyev həbsxanadan çıxandan sonra yenə bizi aldatmağa başladı. 
Bəli, Müqayis Verdiyev, həbsxanadan sonra dəfələrlə milyonluq tenderləri udub, amma Qarabağ qazilərinin 120 min manat pulunu vermir. Gördünüzmü, Qarabağ qaziləri kişilik, mərdlik edirlər, amma bunun cavabında Müqayis Verdiyev qaçıb gizlənir. Qarabağ qaziləri deyir ki,  Müqayis Verdiyev hər dəfə bizi aldadır, vəd verir, amma görüşə gəlmir... Qarabağ qaziləri  Müqayis Verdiyevin milyonluq  villasının qarşısında  etiraz aksiyası keçirirlər  və deyirlər ki, bu villa bizim pullarımızın hesabına tikilib. Qarabağ qaziləri  dəfələrlə Müqayis Verdiyevin evinin qapısını döysələr də heç kim çıxmır. Bəlkə də, Müqayis Verdiyev  özü evdə gizlənib. Və nəhayət bir qadın çıxaraq Qarabağ qaziləri ilə nəsə danışır... 
Bax, bu yerdə Müqayis Verdiyevə  deyən lazımdır ki, kişinin qabağına kişi çıxar... Sən də çıx Qarabağ qazilərinin qarşısına və borcunu ödə. Qarabağ qaziləri  haqlı olaraq  videoda deyir ki, Müqayis Verdiyev və oğlu az qala yarım milyonluq  avtomobil sürürlər, qoy həmin avtomobilin birini satıb bizim halal pulumuzu  versinlər. Doğrudan da, videoya baxanda  adam dəhşətə gəlir. 100-ə yaxın insanın, Qarabağ qazisinin, əlilin haqqını yemək, insana yaraşan əməl deyil. 
Görün ki, Müqayis Verdiyev  bu insanları hansı həddə çatdırıb ki, gəlib evin qarşısında aksiya keçirirlər. Və deyirlər ki, milyonlarla tenderi udan Müqayis Verdiyevin nə ofisi var, nə oturacaq yeri var ki, gedib şikayət edək. Ona görə də məcbur olub evinin qarşısında etiraz aksiyası keçiririk. Qarabağ qaziləri haqlı olaraq deyir ki, Müqayis Verdiyev 400 minlik maşın sürür, xan kefində yaşayır ancaq biz Qarabağ qazilərinin halal pulunu vermir... 
Qarabağ qaziləri sonda deyir ki, Müqayis Verdiyev pulumuzu verməsə, gələn dəfə  100-ə yaxın Qarabağ veteranı ilə gəlib Müqayisin evinə girib orada oturacağıq. Müqayis Verdiyev, Qarabağ qazilərinin  bu sonuncu sözündən özün nəticə çıxart. Və canını, qanını Vətən uğrunda  qurban verən Qarabağ veteranlarının pullarını qaytar. Yoxsa, səni yaxşı aqibət gözləmir,  Müstəqil Azərbaycan dövlətinin qanunları qarşısında yenidən cavab verməli olacaqsan. Və bu dəfə qanunlardan canını qurtara bilməyəcəksən.
Həə, Müqayis Verdiyev eşitdiyimizə görə, özündən bir saxta peçat düzəldib, rayon və şəhərlər adından sərəncamlar verirsən. Bu ideya sənin ağlına haradan gəlib? Elə bilirsən, törətdiyin əməllərdən heç kimin xəbəri yoxdur? Elə bilirsən qohumun Kamranın tanışı, Türk qardaşımızın vasitəsilə tanıdığın Emindən obyekt tikintisi üçün aldığın 20 min manatdan heç kimin xəbəri yoxdur? Sən elə bilirsənki, sənin törətdiyin cinayətlərin miqyası və aldadaraq öz çirkin əməllərinə qatdığın insanlar səni bağışlayacaq? 
Nə isə, sənin haqqında çox şey yazmaq olar Müqayis Verdiyev. Heyf ki, rəhbərliyimiz icazə vermir. Amma adam bu dərəcə dələduz, saxtakar, başqasının adından istifadə edən olmaz. İndi mənim Müqayis Verdiyevə bir araşdırmacı jurnalist kimi bir neçə sualım var. 
1. Müqayis Verdiyev, Prezident Aparatında işləyən Cavanşir müəllimə 5000 manatlıq bazarlığı nə üçün vermisən?
2. Müqayis Verdiyev, Prezident Aparatında işləyən Qarabağlı xanıma (telefon nömrəsini reklam etdiyin 9060) 5000 manatlıq bazarlığı nə üçün vermisən?
3. Müqayis Verdiyev, Prezident Aparatında işləyən Qarabağlı xanımla Cavanşir müəllimin arasında bölünən həmin bazarlığın içərisində olan məktubda nələr yazmışdın? 
4. Müqayis Verdiyev, "Mənim əlimdə jurnalist ordusu var, mən istədiyimi edə bilərəm" deməklə kimə hədə-qorxu gəlirsiniz? 
5. Dövlət və hökumət adamlarını şantaj etməklə pul qoparmağınıza göz yuman şəxslərlə çoxdan əlbirsinizmi? 
6. Əgər həbs olunmaqdan qorxmursunuzsa, nə üçün özünü müdafiə etmək üçün saytlarda başqaları haqqında şantaj xarakterli yazılar dərc etdirirsiniz?
7. Müqayis Verdiyev, şantaj edərək hədə-qorxu yolu ilə pul qoparmaq istədiyiniz vəzifəli şəxslərin iş yoldaşlarına zəng etməkdə məqsədiniz nədir? 
8. Müqayis Verdiyev, vəzifəli şəxslərin ətrafında olan insanların "sənə işləməsi" deyəndə nəyi və kimi nəzərdə tutursan? 
Deməli, insan elə bir qəribə məxluqdur ki, ona olunan yaxşılıqlar qarşısında həmişə nəsə pislik etmək haqqında düşünür. Amma bilmir ki, "imza harda başın orda" deyib ulularımız. Sən bilməlisən ki, möhürünlə, imzanla təsdiq etmisən ki, mənim gördüyüm işlərin hamısının haqqı ödənib. Amma bir şeydə xatırladım, o "tupoy" hüquqşünasa da de ki, səni işlədiyin yerdən səhvlərin ucbatından iti qovan kimi qovdular, yenə ağlın başına gəlmədi. Ay "hüquqşünas" sən hələ bilmirsənki, əllə yazılan şirkət tərəfindən möhürlənən bir sənəd müddəti keçdikdən sonra etibarsız sayıla bilməz? 
Nə isə, geniş yazımız sabah olacaq.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ