Trolçu icra başçısının makler dairə sədri... - Neftçala macəraları
Tarix: 17-01-2023, 10:29
Baxılıb: 568
Google+ Paylaş
Tumblr Paylaş

Trolçu icra başçısının makler dairə sədri... - Neftçala macəraları

17-01-2023, 10:29

Reportyor.tv - Son günlər mətbuatda Neftçalada baş verən məmur özbaşınalığı və qanunsuzluqlar haqda ardıcıl yazılar dərc olunub. Daha çox torpaqların müqavilə ilə fermerlərə verilməsində baş verən neqativ hallarla bağlı rayonun gənc icra başçısı Mirhəsən Seyidov və 61 saylı Neftçala Seçki Dairəsinin sədri Zaur Kərimovun adı hallanır. Xatırladaq ki, DİA.AZ olaraq rayonda konkret ərazilərin konkret şəxslərə rüşvətlə verilməsinə dair şikayət məktubunda yer alan faktları dərc etmişdik. Bütün bu ittihamlara sübutlarla cavab vermək əvəzinə hər iki şəxs özünü mətbuatda uğursuz təbliğ etmək yolunu tutub. Sən demə elə təyinatı anındaca prezidentdən irad eşidən gənc icra başçısı köhnə qvardiya tərəfindən qərəzli şəkildə tənqid olunurmuş. Gənclik karyerasını Ramiz Mehdiyevin ssenarisi əsasında yaradılan "İrəli" təşkilatında quran bir şəxsin belə müdafiəsi ancaq gülüş doğura bilər. Yeri gəlmişkən M.Seyidovun keçmişi ilə bağlı elə onun öz vikipediyasında əks olunan bir məlumat diqqət çəkir: "OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər". Troll dəstəsi ilə ad çıxaran birinin bu gün rayonu necə idarə etməsi haqda isə Google axtarış sistemində kiçik gəzinti etməklə nəticə çıxarmaq olar. O ki qaldı DSK Sədri Zaur Kərimova Neftçala əhli üçün gün kimi aydındır ki, rayonda bütün torpaq məsələlərini o həll edir. Z.Kərimov nə qədər "mənim səlahiyyətimə aid deyil" desə də fermerlərlə onun torpaq danışıqları əksini göstərir. Bütün bu qanunsuzluqlar artıq Mərkəzi Seçki Komissiyasına da çatıb və Zaur Kərimovun özü ərizə yazaraq işdən çıxması tələb olunub. Bu sırada DSK Sədrinin bir torpaq məsələsində icra başçısından 8 min manat pul gizlətdiyi ortaya çıxdığından bir dayaqdan da məhrum olub.
Hadisələrin gedişini təqib edərək, mövzunu davam etdirəcəyik.

Dia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ