Arzu Rəhimovun “Voenkomu” da özünə xaricdə mülk alıb -Belə deyirlər…
Tarix: 5-04-2022, 22:57
Baxılıb: 1 993
Google+ Paylaş
Tumblr Paylaş

Arzu Rəhimovun “Voenkomu” da özünə xaricdə mülk alıb -Belə deyirlər…

5-04-2022, 22:57

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayevin Türkiyədə dəyəri çox baha olan mülk alması barədə “7GÜN XƏBƏR”ə məlumat daxil olub.
“RealMedia.az” xəbər verir ki, mediada yayılan xəbərlərə görə təxminən 3-4 ay öncə Vəli Rzayev ailə üzvlərinin təkidi ilə bu addımı atmalı olub: “Əslində Vəli Rzayev belə bir işin olmasını istəmirdi. O, bu xəbərin nə vaxtsa yuxarılara çatacağından ehtiyatlanırdı. Çox geniş imkanının olmasını kimsənin bilməsini istəmirdi. Ancaq ailə üzvləri “biz müxtlif ölkələrdə geniş mal-mülk sahibi olanlardan əskiyik bəyəm? Onlara olar bizə yox?”- deyərək Vəli Rzayevi məcbur ediblər. O da Türkiyədə mülk alaraq, onu yaxın qohumlarının birinin adına rəsmiləşdirib”.
Əməkdaşımız qarşı tərəfin mövqeyini öyrənmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin SHXÇDX-nin Masallı rayon şöbəsində olub. Vəli Rzayev barəsində deyilənlərə münasibət bildirmək istəməyib. O, deyib ki, “bütün məlumatları xidmətin rəsmi internet saytından əldə edə bilərsiz.”
Vəli Rzayev, bizə maraqlıdır ki, sizin əmlaklarınız və qeyri-rəsmi gəlirləriniz barədə həmin saytda məlumat var? Niyə özünüzü belə gülünc vəziyyətə qoyursuz?(Turantv.az)
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ