Maaşın gec ödənməsi halı çoxlarının qarşılaşdığı problemdir.
reportyor.org Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əksər hallarda özəl şirkətlər işçilərinə maaşı əmək müqaviləsində təyin olunan vaxtdan 3-5 gün, bəzi hallarda isə daha gec ödəyirlər.
Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, bu hallarda qanunda gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənməsi tələbi öncədən mövcud idi.
Ancaq Konstitutsiya məhkəməsinin yeni qərarına əsasən artıq işəgötürənlə işçi arasında fərdi əmək mübahisəsi maaşın gecikdirilməsinə səbəb olduqda da işçiyə əlavə kompensasiya ödənməlidir.
