Dünya tarixində DƏHŞƏT: Məhbusların DƏRİSİNİ SOYUB, ayaqqabı TİKDİLƏR
Tarix: 19-01-2023, 17:41
Baxılıb: 375
Google+ Paylaş
Tumblr Paylaş

Dünya tarixində DƏHŞƏT: Məhbusların DƏRİSİNİ SOYUB, ayaqqabı TİKDİLƏR

19-01-2023, 17:41

ABŞ-da edam anını gözləyən bir qrup məhbus bu tarixi irəli aparmaq üçün əllərindən gələni etməyə hazır idilər. Nəticədə tarixdə çox maraqlı bir hadisəyə imza atıblar. 
Musavat.com lent.az-a istinadən ABŞ-ın edam cəzasına məhkum edilmiş beysbol komandasının tarixini təqdim edir.
Bu günlərdə dünyada belə bir şey görmək demək olar ki, mümkün olmasa da, 1900-cü illərin əvvəllərində qətl və zorlama kimi ağır cinayətlərdə iştirak edən bir qrup cinayətkar azad insanlara qarşı "beysbol" oynamağa qərar verir.
3 təcavüzçü, 3 qatil, 5 oğru...
1911-ci il iyulun 18-də ilk qarşılaşmalarını edən kriminal qrup "Wyoming State Penitentiary All Stars" adı altında döyüşüb. Komandada 3 təcavüzçü, 5 oğru, 3 qatil və bir usta saxtakar olub.
Qanunla həbsxana sahiblərinin məhbuslardan istifadə etmək qəti qadağan idi. Bu səbəbdən həbsxanada çalışanlar komandanın uğuruna böyük mərclər qoyurlar. Bu o demək idi ki, çox ağır cəza çəkən məhbuslar üçün risk kifayət qədər yüksək idi. Onlara qələbənin cəzalarını yüngülləşdirəcəyi, məğlubiyyətin isə hətta ölüm cəzasına da səbəb ola biləcəyi deyilmişdi.
Bu, tam olaraq müasir ədalət olmasa da, o vaxt belə hadisələrə rast gəlmək çox asan idi. Kris Enss və Hovard Kazanjian yazdıqları kitabda dünya tarixində baş verən bu maraqlı hadisəni təsvir edərkən bir çox detallara diqqət çəkiblər.
Əgər oğurluq, zorlama və ya qətl törədən şəxs cinayət başında tutulsaydı, onlar, sadəcə asılmayacaqdılar. Çox vaxt onların dərisi soyulurdu. Bu  cinayətkarların dərilərindən xatirə olaraq müxtəlif əşyalar hazırlanır, suvenir kimi satılırdı. Bundan başqa, cinayətə meyilli insanlara bu addım xəbərdarlıq kimi də istifadə edilirdi.
8 ilə 250 min dollar qazandı...
1901-ci ildə açılan Vayominq Ştat Penitensiarında Corc Parrott kimi tanınmış cinayətkarlar saxlanılmağa başladı. Cəmiyyətdə hörmətli mövqeyə malik olan Otto Qramm həbsxananın rəisi təyin edilir. Məhkumlar indi artıq Qramma tabe idilər. Həbsxanada vəzifə yerinə yetirməzdən əvvəl hörmətli iş adamı və milyonçu kimi tanınan Qrammın komandanlığı altında olan məhbuslar gözlənildiyi kimi çətin şərtlərə məruz qalırlar.
Dövlət məhbuslara qulluq etmək və onlara nəzarət etmək üçün həbsxanada süpürgə fabriki quran Qramma pul ödəmişi, iş adamı isə məhbuslara süpürgələrini hazırlamağı tapşırmışdı. İddiaya görə, Qramm 19031911-ci illər arasında məhbusların hazırladığı süpürgələrin satışından təxminən 250 min dollar qazanıb.
Digər tərəfdən, məşhur "beysbol" komandası 1912-ci ildə ulduz oyunçusu Cozef Senqin edam edilməsi nəticəsində ağır yaralanıb.
Ölüm cəzasına məhkum edilən məhbusların "beysbol" komandası haqqında yazılan məqalədə bu ifadələr yer alıb:
"Bu, beysbolun qızıl dövrü idi və ölkənin hər yerindən gələn komandalar yerli şöhrət uğrunda yarışmaq üçün şəhər kortlarında azarkeş izdihamı qarşısında toplaşırdılar. Vayominqdə ictimaiyyət Cozef Senq və Vyoming "Prison Death Row All Stars" beysbol oyunlarını izləmək üçün bilet növbəsinə düzülüb. Nevada, Oreqon, Kaliforniya kimi müxtəlif ştatlardan olan komandalar məhbusların komandasını məğlub etməyə çalışırdılar.
Senq edam edildikdən sonra əvvəlki şöhrətini heç vaxt qaytara bilməyən komanda üzvləri bir-bir cəzalandırılaraq tarixdə öz izlərini qoyublar.
Digər diqqətçəkən hadisədə Enss və Kazanjian edam edilən məhbusun dərisindən bir cüt ayaqqabı düzəltdiyinə diqqət çəkərək, bu bədbəxt məhbusun Corc Parrott olduğunu bildirib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ