"Pensiya yaşını aşağı salmalıyıq ki, 47 faiz kişi 2-3 il pensiya ala bilsin" - Qüdrət Həsənquliyev
Tarix: 17-11-2022, 13:53
Baxılıb: 397
Google+ Paylaş
Tumblr Paylaş

"Pensiya yaşını aşağı salmalıyıq ki, 47 faiz kişi 2-3 il pensiya ala bilsin" - Qüdrət Həsənquliyev

17-11-2022, 13:53

“Öncə dövlət büdcəsinin büdcə sistemi haqqında qanuna uyğunluğuna münasibət bildirmək istəyirəm. Bu, Hesablama Palatasının verdiyi rəylərdə də özünü göstərir. Mən əvvəllər də bu barədə çıxışlarımda söyləmişəm, həmkarlarımız da söyləyib ki, büdcə sistemi haqqında qanunun 12.1.4-cü maddəsində qeyd olunur ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların siyahısı ayrıca sənəd formasında Milli Məclisə təqdim olunmalıdır. Bu yerinə yetirlməyib”.
reportyor.org xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev 2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı çıxışı zaman deyib.
Deputat bildirib ki, o cümlədən investisiya layihələrinin sahələr və isiqamətlər üzrə ümumi məbləğini özündə əks etdirən investisiya proqramlarının layihəsində də xərclərin sahələr və istiqamətlər üzrə bölgüsü açıqlanmır. Eyni zamanda 16.1.9-cu maddələrdə daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlərlə bağlı qanun layihəsində yalnız xərclər üzrə ödənişlər barədə məlumat verilib:
"Mən həmişə fikirləşirəm ki, bu, Milli Məclisə, qanunlara hörmətsizlikdən qaynaqlanır, yoxsa hökumət deputalara və ictimaiyyətə məlumat vermək istəmir, yəni aşkarlıq məsələsinə görə bunu etmir Sözün həqiqi mənasında düşünürəm ki, bu, belə deyil. Sadəcə olaraq hökumət hara nə qədər pul xərcləyəcəyini öncədən proqnozlaşdıra bilmir. Məsələn 2022-ci ildə 99 layihə üzrə 287.1 milyon manat məbləğində maliyyələşmə, ümumiyyətlə açılmayıb
Bu gün mətbuatda tanış oldum ki, büdcə qalığı 4 milyarda çatır. Bu da onu göstərir ki, əvvəlcədən də proqnozlaşdırma aparmaq olmur. O cümlədən, vaxitlə komitə sədri Tahir Mirkişilinin yanında Vergilər Nazirliyinin əməkdaşlarının diqqətinə çatdırmışdım ki, büdcə zərfinə daxil olan Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər həmin ilin may ayının 15-n əqədər Milli Məclisə təqdim olunmalıdır. Bu da icra olunmur. Ona görə də təklif edirəm ki, bu deklarativ xarakterli normaların qanunlarda qalmasına ehtiyac yoxdur. Ona görə də, bu normalar, ümumiyyətlə müvafiq qanunlardan çıxarılsın".
Deputat büdcə gəlirləri barədə də fikirlırimi bildirib: "Hörmətli həmkarlarım da qeyd etdilər ki, cənab Prezident Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramını təsdiq edib. Amma orada kimin hansı müddətdə hansı işləri görəcəyi ilə bağlı məsələ öz əksini tapmayıb. Həm görülmüş işlərlə bağlı məlumat verilir, həm də çox böyük işlər görüləcək. Amma bu işlərə nə qədər vəsait sərf olunacaq? Buna görə də, hesab edirəm ki, biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Azərbaycan büdcəsinin gəlirləri 30 milyard 720 milyon manatdır. Hesab edirəm ki, bu, çox azdır. Onun da 11 milyarddan artığı Neft Fondundan transferddir. Yəni gəlirlərin 53 faizi neft sektorunun hesabınadır. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, onlar büdcəyə çox az vəsait ödəyirlər. Bilinmir ki, səhmlərində dövlətin payı olan nə qədər müəssisədən söhbət gedir. Müəssisələr cəmi 321 milyon 210 min manat vergi ödəyəcək ki, onun 200 milyonunu Dövlət Neft Şirkəti qeyri-maliyyə təşkilatları üzrə ödəyəcək, 100 milyonunu Beynəlxalq Bank, 15 milyonunu Xəzər Dəniz Gəmiçiliyi, 5 milyonunu “AzərGold” ödəyəcək. Digərlərinin hamısı birlikdə cəmi 1 milyon 210 min manat vergi ödəyəcək. Dövlət Neft Şirkəti 1,6 milyard vergi ödəyəcək.
Hesab edirəm ki, o, 3 yerə bölünüb özəlləşdirilsə, hər bir şirkət bu qədər vergi ödəyə bilər. Ümumiyyətlə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin sərəncamında 4 milyon 432 min kvadratmetr yer var, bu 10 min 130 qeyri-yaşayış binasıdır. Onun cəmi 16,8 faizi icarəyə verilib. Buradan da cəmi 20 milyon manat pul gələcək. Yəni bunlar da özəlləşdirməyə çıxarılmır. Hesab edirəm ki, həddindən artıq vergi və rüsumların ödənilməsi ilə bağlı güzəştlər edilir. Bu güzəştlər, əslində uşaq geyimlərinə, uşaq qidalarına edilməldir, amma tutaq ki, elektormobillərə yox. “Mətbuatda Statistika Komitəsinin yaydığı məlumatı oxudum. Bilmirəm nə qədər dəqiqdir, məlumata görə, ölkə üzrə kişilərin 47 faizi 65 yaşa çatır. Bu, həqiqətən də ciddi düşünüləsi rəqəmdir. Həm də onu deməyə əsas verir ki, biz həm də pensiya yaşını aşağı salmalıyıq ki, heç olmasa 47 faiz kişi 2-3 il pensiya ala bilsin".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ