2023-cü ildə orta aylıq maaş bu qədər olacaq
Tarix: 17-11-2022, 13:50
Baxılıb: 147
Google+ Paylaş
Tumblr Paylaş

2023-cü ildə orta aylıq maaş bu qədər olacaq

17-11-2022, 13:50

Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrində büdcə gəlirləri ilə bağlı fikirlərini bildirib. Qeyd etdi ki, neft-qaz gəlirləri 53 faz, energetika gəlirləri 47 faiz təşkil edir. Deputat digər sahələrin inkişaf etdirilməsi, istehsala diqqət yetirilməsi zərurətindən danışıb.
reportyor.org xəbər verir ki, V.Əhmədov süni qiymət artımı ilə problemdən də bəhs edib.
Bildirib ki, hazırda antiinflayasiya tədbiqlərinin daha da sərtləşdirilməsinə böyük ehtiyac var. Deputat kənd təsərrüfatı nazirinin iclasda iştirakını nəzərə alaraq kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlərə toxunub:
“Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında saziş imzalansın, kreditlərin əlçatanlığı təmin edilsin, bank faizləri aşağı olsun”.
Millət vəkili qeyd etdi ki, əhalinin vəziyyətini nəzərə alıb, regionlarda girov məsələsini həll etmək lazımdır, çünki insanların girov qoymaq imkanı yoxdur.
V.Əhmədov qeyd edib ki, bu il orta aylıq əmək haqqı 800 manatdır, 2023-cü ildə isə 898 manat olacaq. Amma nəzərə almaq lazımdır ki, bütün insanlar bunu ala bilmir, bir çoxları işləməyən, aşağı maaş alan, pensiyalarla dolananlardır: “Onların təminatı ilə əlaqədar da bir sıra məsələləri həll etməliyik”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ