“İranın bu prosesdə iştirakı məlumdur” - Deputat
Tarix: 16-11-2022, 12:52
Baxılıb: 416
Google+ Paylaş
Tumblr Paylaş

“İranın bu prosesdə iştirakı məlumdur” - Deputat

16-11-2022, 12:52

“İranın ölkəmizə qarşı təxribatları davam edir. Özünü dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən fars molla rejiminin dedikləri əməlləri ilə üst-üstə düşmür”.
reportyor.org xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov bildirib.
Deputat əlavə edib ki, İran Azərbaycanda xain qruplar yaratamaqla sabitliyi pozmağa çalışır:
“Bu gün Azərbaycanda saxlanılan xain qruplarla bu sübuta yetirilib. İranın addımları göstərir ki, şiələrin yaşadığı ölkələrdə təsirini artırmağa çalışır. Ermənistan son 30-ildə işğal edilən ərazilərimizi dağıdıb, məhv edib. İranın bu dağıdılma və talanetmə prosesində iştirakı məlumdur”.
Deputat qeyd edib ki, İran rejimi Qarabağda məscidlərimizin dağıdılmasına, bu məscidlərdə donuz saxlanılmasına göz yumub:
“İran öz din və məzhəb qardaşının yanında deyil, düşmənin yanında yer alıb. İran rəsmiləri əli Azərbaycan müsəlmanlarının qanına batmış erməni liderləri ilə görüşüb-öpüşməkdən belə çəkinməyib. Bütün bunlar göstərir ki, İranın dindən və islamdan danışmağa haqqı yoxdur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ