"Bu insidenti törədənlər CƏZALANDIRILACAQ" - Şeyx səfirliyə hücumdan danışdı
Tarix: 8-08-2022, 12:43
Baxılıb: 140
Google+ Paylaş
Tumblr Paylaş

"Bu insidenti törədənlər CƏZALANDIRILACAQ" - Şeyx səfirliyə hücumdan danışdı

8-08-2022, 12:43

Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur.
reportyor.org xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
"Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir. Bu gün bayrağı təhqir etmək xalqı təhqir etmək qədərdir. Bu xalq cavabını verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə ilə mənə zəng edib narazılıqlarını bildirdilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar", - o bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ