Səfər Mehdiyevin daha bir adamı işdən QOVULDU
Tarix: 5-08-2022, 17:30
Baxılıb: 70
Google+ Paylaş
Tumblr Paylaş

Səfər Mehdiyevin daha bir adamı işdən QOVULDU

5-08-2022, 17:30

Dövlət Gömrük Komitəsində "yarpaq tökümü" davam edir.
reportyor.org-un əldə etdiyi məlumata görə, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə yola salınıb.
Məlumata görə, bu barədə müvafiq əmri hazırda Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.
Hətta general Xəlilov haqqında qurumun rəsmi saytında yer alan məlumatların silindiyi də vurğulanır.
İşdən çıxarılan general-mayorun Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin yaxın adamlarından olduğu qeyd edilir.
Hətta Səfər Mehdiyev DGK-da birinci müavin vəzifəsini tutarkən Təmkin Xəlilov onun köməkçisi işləyib.
Əldə etdiyimiz məlumatlara görə, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra Təmkin Xəlilovun rütbəsi və vəzifəsi də sürətlə yüksəlib.
Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan üç əməkdaşı vəzifədən uzaqlaşdırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ