Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir - YENİLƏNDİ
Tarix: 23-06-2022, 17:06
Baxılıb: 354
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir - YENİLƏNDİ

23-06-2022, 17:06

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür .
reportyor.org xəbər verir ki,  Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:
"Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür və bu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək".
xxx

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür.
Bu barədə reportyor.org FHN-dən məlumat əldə edib.
Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ