DTX-dən ƏMƏLİYYAT: saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi - YENİLƏNDİ
Tarix: 21-06-2022, 09:55
Baxılıb: 295
Google+ Paylaş
Tumblr Paylaş

DTX-dən ƏMƏLİYYAT: saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi - YENİLƏNDİ

21-06-2022, 09:55

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub. 
reportyor.org xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.
Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
xxx

19:31 - 20.06.222
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.
reportyor.org xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.
Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ