Bu, nə insanlığa sığır, nə də mənəvi dəyərlərimizə - Deputatdan SƏRT REAKSİYA
Tarix: 20-06-2022, 19:18
Baxılıb: 694
Google+ Paylaş
Tumblr Paylaş

Bu, nə insanlığa sığır, nə də mənəvi dəyərlərimizə - Deputatdan SƏRT REAKSİYA

20-06-2022, 19:18

“Tovuz rayonunda şəhid Ceyhun İsmayılovun məzarının üstündə ev tikilməsi faktı nə insanlığa sığır, nə də dinimiz belə bir şeyi qəbul edir. Məsələ ilə bağlı şəkillər sosial şəbəkələrdə, mediada yayılıb və müzakirələrə səbəb olub. Bu, bilavasitə bizim milli-mənəvi dəyərlərimizə zidd, şəhidlərimizin ruhuna hörmətsizlikdir”.
Bunu reportyor.org-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 
Deputat bildirib ki, cənab Prezident bütün çıxışlarında şəhidlərin üstünlüyündən, onların Vətən müharibəsində qələbəmizdəki oynadıqları roldan danışır: “Azərbaycan xalqının 44 günlük savaşdakı şücaəti danılmazdır. Sadaladığım halların fonunda bu kimi addımın atılması bütün hallarda xalqımıza, dövlətimizə qarşı hörmətsizlik, dini baxımdan da qəbuledilməzdir. Şəhidlik dində ən uca məqam sayılır. Şəhidə qarşı hər bir xalq ən yüksək diqqət və qayğını göstərməlidir”.
C.Məmmədovun sözlərinə görə, Allah-Təala İslamın müqəddəs kitabı sayılan Qurani-Kərimdə buyurur ki, şəhidlər ölməyib, onlar diridir, ancaq siz bunu hiss etmirsiniz: “Ona görə bu kimi məsələlərdə bizim hər birimiz və dövlət qurumlarımız maksimum dərəcədə diqqətli olmalıyıq. Bu, çox həssas və insanları incidən məsələdir. Ona görə də hər kəs birmənalı şəkildə bu cür hadisələr qarşısında ehtiyatlı davranmalıdır”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ