Kanalizasiya xəttini düzəldin! - Zabrat sakinlərindən ŞİKAYƏT
Tarix: 20-06-2022, 19:17
Baxılıb: 236
Google+ Paylaş
Tumblr Paylaş

Kanalizasiya xəttini düzəldin! - Zabrat sakinlərindən ŞİKAYƏT

20-06-2022, 19:17

Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinləri kanalizasiya xəttinin olmaması problemindən şikayətlənirlər. Söhbət adıçəkilən qəsəbənin Xavər Əliyev küçəsindən gedir. 
Bu barədə reportyor.org-a adıçəkilən küçənin sakinləri müraciət ünvanlayıblar. 
Sakinlərin iddialarına görə, illərdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsinin sakinləri kanalizasiya xəttinin olmaması problemi ilə üz-üzədir. 
İçməli suyun küçə boyu bir sıra hissələrdən sızması və çirkab sularının axıdılması dözülməz vəziyyət yaradır. Yəni, həmin çirkab küçədə antisanitarlya səbəb olur.
Sakinlərin sözlərinə görə, mövcud problemlə əlaqədar müxtəlif zamanlarda aidiyyatı qurumlara, xüsusən də Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciətlər olunsa da, problem öz həllini tapmayıb. Qəsəbə sakinləri bildirirlər ki, problemin bu günə qədər həll edilməməsinin səbəbi aidiyyatı qurumların səhlənkarlığıdır:

“Sözügedən nümayəndəliyin rəsmiləri tərəfindən problemin yalnız "Dövlət proqramı" çərçivəsində həll olunması bildirilir”. 
Məsələ ilə bağlı qısa bir araşdırma apardıq. Bəlli oldu ki, ölkə başçısının müvafiq sərəncamı əsnasında 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabunçu, eyni zamanda, Zabrat sakinlərinin mövcud problemlərinin həlli üçün 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Eyni zamanda, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılması üçün prezidentin sərəncamı olub. Görünən odur ki, dövlət tərəfindən vəsait ayrılıb. Amma... Elə işin əmması da buradadır. Yəni vəsaitin ayrılmasına baxmayaraq, həmin sərəncamlardan sonra da Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsindəki kanalizasiya sisteminin bərbad durumu öz aktuallığını saxlayıb. 
Sakinlər ən qısa zamanda problemin həll edilməsini xahiş edirlər. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ