OMON-çuları əfv eləmək olar – Cəfəroğlu
Tarix: 2-06-2022, 15:59
Baxılıb: 611
Google+ Paylaş
Tumblr Paylaş

OMON-çuları əfv eləmək olar – Cəfəroğlu

2-06-2022, 15:59

Son günlər bir sıra tanınmış ömürlük məhkumların azadlığa çıxması məsələsi gündəmə gəlib. Bəzi hüquq müdafiçiləri hesab edirlər ki, həmin məhbuslar artıq cəzalarının 20 ildən artıq hissəsini çəkiblər və islah olunublar. Yəni dövlət və dövlətçiliyimiz üçün heç bir təhlükə yaratmırlar. Onların arasında keçmiş “OMON”çular, müstəqilliyimizin ilk illərində daxildəki qanunsuz silahlı birləşmələrdəki fəaliyyətlərinə görə mühakimə olunanlar da var.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Publika.az-a açıqlamasında həmin ömürlük azadlıqdan məhrum edilənlərin adlarının bundan əvvəlki müraciət siyahısına salındığını deyib: 
“Həmişə İşçi qrupunun əfv siyahısına “OMON”çuların da adları salınıb. Elçin Əmiraslanov və digər ömürlük məhkumları nəzərdə tuturam. Çünki onların əksəriyyəti Birinci Qarabağ müharibəsi iştirakçılarıdır. Onların içərisində 20-yə yaxın “OMON”çu var ki, onları azad etmək olar, çünki cəzalarını çəkiblər. Orada Həkim adlı birisi var, onu da azad etmək mümkündür. Əməlində cinayət tərkibi var, amma verilən cəzaya adekvat deyil”.
Hüquq müdafiəçisi bildirib ki, bundan sonrakı siyahıya həmin şəxslərin də adlarını qeyd edəcəklər: 
“Ömürlük cəza çəkənlər arasında qatı cinayətkarlar, canilər istisna olmaqla,  xüsusi amansızlıqla cinayət törətməyən, təsadüfən proseslərdə iştirakı olan şəxsləri azadlığa buraxmaq olar. Biz bu məsələni qaldırımışıq. Həmin məsələyə Milli Məclis baxmalıdır. Məsələni parlamentdə müzakirəyə çıxarıb ömürlük məhkumların içərisindən cəzalarının xeyli hissəsini çəkənləri, qatı cinayətkar olmayanları buraxdırmaq mümkündür. Bir sözlə, həmin şəxslər nə cəmiyyətimiz, nə də dövlətimiz üçün təhlükəli deyillər”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ