Raquf Orucovun oğlu bu universitetə qəbul oldu - FOTO
Tarix: 30-08-2023, 19:46
Baxılıb: 28
Google+ Paylaş
Tumblr Paylaş

Raquf Orucovun oğlu bu universitetə qəbul oldu - FOTO

30-08-2023, 19:46

"Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu ADA Universitetində təhsil alacaq.
Reportyor.tv xəbər verir ki, bu barədə sözügedən təhsil müəssisəsi öz "Facebook" səhifəsində paylaşım edib.
Məlumata görə, Nihad Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Paylaşımda bunlar qeyd olunub: 
"“Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu artıq ADA tələbəsidir. 
Orta məktəbi yüksək qiymətlərlə bitirən Nihad SAT nəticəsi ilə Türkiyənin bir neçə nüfuzlu universitetindən qəbul almağına baxmayaraq, bizi seçib və ADA Universitetində təhsil almağa qərar verib. Nihad Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Sevindirici digər bir məqam odur ki, eyni ailənin bir neçə üzvü ADA Universitetində təhsili seçib. Belə ki, Nihadın qardaşı Aqşin Oruclu da ADA Universitetində bakalavr təhsili alıb və hazırda magistr təhsilini də elə burada davam etdirir. Bu seçimlə Aqşin şəhid atasının arzusunu yerinə yetirib.
Əminik ki, qəhrəmanlığı ilə fərqlənən şəhidimizin övladları akademik nəticələri və uğurları ilə seçiləcəklər".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ